Dövlət Komitəsinin sədri “İlahiyyat” məscidi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib - VİDEO - EKSKLÜZİV

Dövlət Komitəsinin sədri “İlahiyyat” məscidi ilə bağlı yaranmış vəziyyətə aydınlıq gətirib - VİDEO - EKSKLÜZİV
06 2017 17:28

"Hazırda "İlahiyyat" məscidi ilə bağlı heç bir problem yoxdur və fəaliyyətini əvvəlki kimi davam etdirir".

Bunu "Report"un Türkiyə müxbirinə açıqlamasında hazırda bu ölkədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məscid uzun illər öncə tikilsə də, hüquqi statusu müəyyən edilməmişdi: "Orada dini ayinlər icra edilsə də hüquqi status almamışdı. Bu da müəyyən problemlər yaradırdı. Ona görə də biz məscidin hüquqi statusunu müəyyənləşdirdik. Qərara əsasən məscid Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) balansına verildi. Digər bir qərara görə Azərbaycanda fəaliyyət göstərən mədrəsələrin, Bakı İslam Universitetinin, həmçinin Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbələri orada praktik tədbirlərdə iştirak edəcəklər. Yəni məscid, həm də tədris məkəzi kimi fəaliyyət göstərəcək".

Dövlət Komitəsinin sədri bildirib ki, "İlahiyyat" məscidinin həm də tədris mərkəzi kimi fəaliyyət göstərməsi məsciddə dini ayinlərin icrasını, namazın qılınmasını məhdudlaşdırmır. O əlavə edib ki, məscid öz funksiyasını olduğu kimi davam etdirəcək, eyni zamanda dini mərkəz olaraq din üzrə yetiştdiriləcək kadrların praktik fəaliyyətinə də yer verəcək.

M.Qurbanlı vurğulayıb ki, mətbuatda məscidlə bağlı dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yayılıb: "İlahiyyat" məscidi ilə bağlı heç bir problem yoxdur. Təəssüf edirəm ki, mətbuat bu məsələni əsassız olaraq şişirdir. Jurnalistlərimiz məsələni öyrənsinlər, sonra yazsınlar. Kimsə sosial şəbəkələrdə bilmədiyi mövzu haqqında yazır, başqaları da məsələnin mahiyyətini öyrənmədən reaksiya verirlər. Bir məsələ haqqında həqiqəti öyrənilmədən ona münasibət bildirilməməlidir. Hay-küy qaldırır, məscidin söküldüyünü deyirlər. Dövlət Komitəsi, QMİ məsələ ilə bağlı açıqlama yayıb. Məscidin imamı xütbəsində bu məsələ ilə bağlı geniş izahat verib. İndi biz necə edək, ev-ev gəzib adamlara məscidin yerində olduğunu deyək?".


20 İyul 2024
Cəmiyyət

II və III qrupların imtahan nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə 7 iyul 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.

15 İyul 2024
Cəmiyyət

Sabah ölkənin bəzi ərazilərində 40 dərəcəyədək isti olacaq

Ölkə ərazisində iyulun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

15 İyul 2024
Cəmiyyət

Bu gün Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin doğum günüdür.

15 İyul 2024
Cəmiyyət

Bakının hansı küçələrində sıxlıq var? - 15.07.2024

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

12 İyul 2024
Cəmiyyət

Naxçıvanda velosiped yarışı keçirilib

Naxçıvan Muxtar Respublikasında 10 km məsafə üzrə velosiped yarışı keçirilib.