Dərmanlar dolların kursuna uyğun satılacaq - YENİ QAYDALAR

Dərmanlar dolların kursuna uyğun satılacaq - YENİ QAYDALAR
18 2017 15:15

Bundan sonra Bakıda və Azərbaycanın digər şəhərlərində  satılan dərmanların qiyməti birbaşa dolların məzənnəsindən asılı olacaq. Fins.az xəbər verir ki, Tarif Şurası dərmanların qiymətlərinin tənzimlənməsi barədə  yeni qaydaları təsdiq edib.

həmin qaydalara görə, dərmanların qiymətini Tarif Şurası birbaşa müəyyən etməyəcək və o, topdansatış şirkətlərinin aldığı qiymətə xüsusi əlavə edilməklə satılacaq. Topdansatış şirkəti dərmanın üstünə alış qiymətinin 20 faizindən artıq vəsait qoya bilməyəcək. Özü də ticarət marjası alış qiyməti artıqca azalacaq. 

Topdansatış şirkəti 5-20 manat qiymətin üzərinə 17 faiz, 20-50 manat qiymətin üzərinə 13%, 50-100 manat arasında dəyişdikdə isə 7 faiz əlavə edə bilər. 100 manatdan sonra isə topdansatış şirkəti yalnız 3 faiz əlavə edə bilər. Aptek (pərakəndəsatış) qiymətlərində ticarət marcası nisbətən  yüksəkdir və 50 manata qədər dərmanlarda 20 faiz təşkil edir, 50-100 manat arasında 13 faiz, 100 manatdan yuxarı isə 11 faiz olacaq. 

Mənbə: Tarif ŞurasıMənbə: Tarif Şurası

Əslində, Bakıda aptek şəbəkəsi bu qaydalara çoxdan hazırlaşırdı və topdansatış şirkətləri əllərində olan dərmanları satmaq istəmirdilər. Məsələn, yanvar ayında Bakı apteklərində hətta «Nimesil» kimi populyar ağrıkəsiciləri belə tapmaq olmurdu. Apteklər firmaların yeni qaydalara qədər  dərman buraxmadığını bildirirdilər.

İndi vəziyyət dəyişib, yəni nəzəri olaraq apteklərdə bütün dərmanlar tapılmalıdır. Amma bu məsələdən narazılar yetərincədir - həm alıcılar, həm də aptek şəbəkəsi təmsilçiləri əlverişsiz duruma düşdüklərini iddia edirlər. Dərman alıcıları, xüsusilə pensiyaçılar təşvişə düşüblər, dərman qiymətlərinin dolların məzənnəsinə uyğunlaşdırılması istər-istəməz onlarda qorxu yaradır.

Tarif Şurasının yaydığı cədvəllərdən də görünür ki, bu təşviş əsassız deyil. Məsələn, qan təzyiqi əleyhinə istifadə olunan dərman vasitəsi  10 millqramlıq «Amlodipine» preparatı  tənzimlənmədən əvvəl, yəni 1 dolların məzənnəsi  0,7844 manat olanda bazarda orta qiymətlə 10 manata satılmışdısa, yeni qaydalarla qiymət 5 manatdan 12 manata qədər dəyişə bilər. Təbii ki, firmalar daha çox pul qazanmaq üçün bahalı dərman gətirəcəklər və pensiyaçıların vəziyyəti bir az da ağırlaşacaq. 

Mənbə: Tarif ŞurasıMənbə: Tarif Şurası
 

Firmalar devalvasiyadan əvvəl də əsasən bahalı dərmanlar gətirirdilər, sadəcə, çox qazanmaq üçün qiyməti 3 dəfəyə qədər qaldırırdılar. Tarif Şurası dərmanların qiymətini tənzimləyəndən sonra belə firmaların əksəriyyəti bağlandı. Bazarda qalmış inhisarçı firmalar isə yalnız bahalı dərmanlar gətirməyə başladılar.

Tanınmış həkim, professor Adil Qeybulla  ölkənin dərmanla təminatında bu cür yanaşmanın da uğur gətirməyəcəyini düşünür:

"Bazar iqtisadiyyatı şəraitində bu cür yanaşma ilə ölkədə lazımi dərmanların mövcudluğunu təmin etmək mümkün deyil. Əslində, hökumət bazara müdafixəli etməməli idi. Müdaxilə etdilər, dərmanlar yoxa çıxdı. Bu da müdaxilədir və nəticəsi yaxşı olmayacaq".

Professorun fikrincə, dövləti bütün məsuliyyəti firmaların üzərinə atması doğru deyil: "Dövlət əgər az təminatlıların vəziyyətini düşünürsə bunun qayğısına özü qalmalıdır. Bazarda əlverişli qiymətə dərmanların olması üçünsə inhisarçılıq ləğv edilməli və kiçik firmaların da işləməsinə şərait yaradılmalıdır. Onda bazarda müxtəlif  çeşiddə istənilən cür dərman tapmaq mümkün olacaq. Bunun üçün həm də ümumi dərman reyestri yaradılmalıdır ki, həkimlər xəstəyə ucuz dərman yaza bilsin".


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.