Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində dəyişiklik edilib

Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsində dəyişiklik edilib
22 Dek 2016 14:55

Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.1 bəndinin ikinci cümləsində “qiymət bəyannaməsi verilən tarixə ABŞ dollarının Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet saytındakı məzənnəsi” sözləri “Şura tərəfindən istinad üçün müəyyən edilən tarixə milli valyutanın ABŞ dollarına olan rəsmi məzənnəsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsbit edilən satiş məzənnəsi üçün yuxarı hədd” sözləri ilə əvəz edilib.

AZƏRTAC xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli qərarı təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı il 20 dekabr tarixli qərarında əks olunub.

Nazirlər Kabinetinin yeni qərarına görə, “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.5-ci bəndinə “Vergi ödəyicisinin sadələşdirilimiş vergi ödəyicisi və ya ƏDV ödəyicisi olmasından asılı olmayaraq, dərman vasitələrinin topdan və pərakəndə satışı həmin qiymətlərlə həyat keçirilir” cümləsi əlavə edilib. Bundan başqa, 5.5-ci bənddən “və bu hal 2 (iki) aydan artıq müddətdə davam etdikdə” sözləri çıxarılıb, eyni zamanda, 5.8-ci bəndə “zamanı” sözündən sonra “, habelə dövlət büdcəsindən maliyyələşdirilməyən tibb müəssisələri tərəfindən dərman vasitələri satın alınarkən” sözləri əlavə edilib.

Digər bir dəyişiklik isə 7.2-ci bəndə əlavə edilən qeyddir. Qeyddə bildirilir ki, bu Qaydada dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbulu qaydası haqqında Əsasnaməsi”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


8 Dek 2023
Cəmiyyət

Şuşa rayonuna prokuror təyin edilib

Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Nəriman Əsədov Şuşa rayon prokuroru vəzifəsinə təyin edilib.

8 Dek 2023
Cəmiyyət

FIA Baş Assambleyasının Bakıdakı yekun iclası başa çatıb - FOTO

Dekabrın 8-də Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilib.

8 Dek 2023
Cəmiyyət

Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə dekabr ayının pensiyaları ödənilib.

8 Dek 2023
Cəmiyyət

Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan beşi xəstəxanadadır

“YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan beşinin müalicəsinin davam etdiyini bildirib.

8 Dek 2023
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA Baş Assambleyasının yekun iclası keçirilir - FOTO

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyasının illik yekun iclası keçirilir.