Deputat: Dövlətimizin həyata keçirdiyi tədbirlərin məğzində Azərbaycan vətəndaşının mənafeyi dayanır

Deputat: Dövlətimizin həyata keçirdiyi tədbirlərin məğzində Azərbaycan vətəndaşının mənafeyi dayanır
26 2020 10:24

Dünyanı ağuşuna alan yeni növ koronavirus (COVİD-19) mükəmməl iqtisadi sistemə malik dövlətləri belə böyük çətinliklərlə üz-üzə qoyub. Avropanın aparıcı ölkələrində pandemiyadan həyatını itirənlərin sayı gündən-günə artmaqdadır. Azərbaycanda isə virusun yayılmasının qarşısını almaq üçün müvafiq tədbirlər zamanında görülüb. Azərbaycan hökumətinin virusla mübarizədə gördüyü işlər, həyata keçirdiyi tədbirlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yüksək qiymətləndirilir.

Milli Məclisin deputatı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev söyləyib.

Deputat bildirib ki, dövlətimiz bu ümumi bəladan xilas olmaq üçün müvafiq tədbirlər həyata keçirir. Azərbaycan Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Bu da onu sübut edir ki, bu çətin məqamda dövlətimiz öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir. Dövlətimizin başçısının şəxsi nümunə göstərərək bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi idarə, təşkilatlar, qurumlar və fərdi şəxslər üçün nümunə oldu. Qısa müddət ərzində Fondda 60 milyon manat yığılması xalqımızın nə qədər böyük və yüksək keyfiyyətlərə malik olduğunu bir daha göstərdi.

Tural Gəncəliyev diqqətə çatdırıb ki, Prezident İlham Əliyev, həmçinin koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması məqsədilə 1 milyard manat vəsait ayırıb. Virusla mübarizədə tədbirlərin davam etdirildiyini bildirən T.Gəncəliyev deyib: “Prezident İlham Əliyev koronavirusun ciddi və təhlükəli böhran yaratdığı bir məqamda Azərbaycan xalqının yanında olduğunu bir daha nümayiş etdirdi. Novruz bayramı münasibətilə bağlı xalqa təbrik nitqində, eləcə də yerli televiziya kanalına müsahibəsində xalqımızı həmrəyliyə çağıran dövlətimizin başçısı belə çətin məqamlarda vətəndaş həmrəyliyinin, məsuliyyətinin vacib olduğunu vurğuladı”.

Deputat COVİD-19 kimi təhlükəli virusa qarşı mübarizədə əsas işi sağlamlıqlarını təhlükəyə atan həkimlərin və tibbi xidmət personalının gördüyünü diqqətə çatdırıb. Qeyd edib ki, tibb işçiləri virusa yoluxan xəstələrlə təmasda olur, həyatlarını riskə ataraq onları sağaldırlar. Azərbaycan Prezidentinin yeni növ infeksiya ilə mübarizdə gecə-gündüz çalışan tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı onların əməyinə verilən qiymətdir.

T.Gəncəliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasının bir sıra üzvləri tərəfindən seçkili nümayəndə kimi ona müraciət etdiklərini diqqətə çatdırıb. İcma sədri deyib: “Onlar mənə müraciət edərək Dağlıq Qarabağda kəskin respirator infeksiyaya, pnevmoniyaya yoluxmuş şəxslərin sayının artması, səhiyyə infrastrukturunun acınacaqlı vəziyyəti, testlərin olmaması, tibbi heyətin çatışmaması barədə məlumat veriblər. Həmin insanlar Ermənistanın və qanunsuz rejimin COVID-19-a yoluxma hallarını əhalidən gizlətməsi ilə bağlı narahatlıqlarını ifadə ediblər”.

Deputat əmin olduğunu bildirib ki, erməni işğalına son qoyulduqdan sonra Azərbaycan dövləti ölkəmizin Dağlıq Qarabağ bölgəsində səhiyyə infrastrukturunu yenidən quracaq və bununla da hər iki icma müasir standartlara cavab verən tibb sistemindən istifadə edəcək.

“Vətəndaşlarımız məsuliyyətli olmalı, yeni qaydalara, xüsusi karantin rejiminə riayət etməlidirlər. Dövlətimizin həyata keçirdiyi tədbirlərin məğzində bir amal durur: Azərbaycan vətəndaşının mənafeyi və sağlamlığı. Əminik ki, xalqımızın adət-ənənələri, milli dəyərləri bizə bu virusla mübarizədə mütləq kömək edəcək”, - deyə T.Gəncəliyev bildirib.


30 Mar 2020
Siyasət

Deputatlar evdən oturub səs verə biləcəklər

Milli Məclisin iclasında “Milli Məclisin Daxili Nizamnaməsi”nə dəyişiklik müzakirəyə çıxarılıb.  

30 Mar 2020
Siyasət

Xüsusi karantin rejimi yaşı 65-i keçən deputatlara şamil edilməyəcək

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı 65 yaşdan yuxarı insanlara tətbiq edilən məhdudiyyətlər deputatlara şamil edilməyəcək.

30 Mar 2020
Siyasət

İcbari tibbi sığorta haqları ilə bağlı dəyişiklik: Doqquz ay təxirə salındı

Azərbaycan ərazisində istehsal edilərək, daxili istehlaka yönəldilən (topdan satılan) və ölkəyə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə 2021-ci ilin yanvarın 1-dən icbari tibbi sığorta ödəməyə başlanılacaq.