Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsi ilk növbədə qardaş ölkənin nüfuzuna məqsədli şəkildə vurulan zərbədir”. Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib.
S.Alıyev bildirib ki, terrorçunun kimliyi bəllidir:
“Bu terrorun Türkiyə, Rusiya və İranın xarici işlər və müdafiə nazirlərinin Moskva görüşünə bir gün qalmış törədilməsi özlüyündə hər şeyi açıq-aydın göstərir. Üç dövlət Suriya məsələsində razılığa gəlmək və ümumiyyətlə, regionda yeni bir əməkdaşlıq modeli qurmaq üçün intensiv danışıqlar aparırlar. Son zamanlar bir-birinin ardınca törədilən terror aktlarıyla sanki biriləri Türkiyəyə xəbərdarlıq edir ki, bu plan, özəlliklə də Rusiya ilə sıx əməkdaşlıq ona baha başa gələcək”.
S.Alıyevin sözlərinə görə, iki ölkə rəsmilərinin verdiyi açıqlamalardan görünür ki, həm rəsmi Moskva, həm də Ankara Rusiyanın Türkiyədəki səfirinin qətlə yetirilməsinin arxasında hansı qüvvənin dayandığını yaxşı anlayırlar və bu olay ötən ilin noyabrındakı məlum insidentdən fərqli olaraq, iki ölkə arasındakı münasibətləri daha da yaxınlaşdıracaq.
Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankarada Müasir Sənət Mərkəzində rəsm sərgisinin açılışında çıxış edərkən silahlı hücuma məruz qalaraq öldürülüb.
Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 21 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.