Dəniz Administrasiyası Xəzərdə baş verən qəzaya dair məlumat yaydı

Dəniz Administrasiyası Xəzərdə baş verən qəzaya dair məlumat yaydı
15 Dek 2016 13:50

Dövlət Dəniz Administrasiyası Xəzər dənizində baş vermiş qəza ilə bağlı məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Müseyibov APA-ya bildirib ki, bu gün səhər saatlarında Qaradağ rayonu Liman Nəzarət Müfəttişliyi tərəfindən Milli Mərkəzə daxil olan məlumata əsasən, Səngəçal Estakadasının “NST-3” buruğunun qülləsi kəskin hava şəraiti nəticəsində aşıb.

“Baş vermiş hadisə ətraflı dəyərləndirilərək Dövlət Dəniz Administrasiyasının Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər - “Gültəkin Əsgərova”, “Vadim Seyidov”, “Vixr-5” öncə hadisə yerinə yönəldilib.

İkinci mərhələdə isə “Caspian Provider”, “Caspian Pride” və “Lənkəran” gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edilib.

Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və suya düşməsi ehtimal olunan şəxslərin axtarışı prosesi Milli Mərkəz tərəfindən koordinasiya edilərək daim nəzarətdə saxlanılmaqdadır”, - deyə T.Müseyibov qeyd edib.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.