İyunun 23-də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (AzDHTİ) davamlı tibbi təhsil sahəsində görülən işlərə həsr edilmiş tədbir təşkil keçirilən edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil naziri Oqtay Şirəliyevin “Həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər barədə” əmr imzalaması diqqətə çatdırılıb. Qeyd edilib ki, bu əmr Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli fərmanı ilə təsdiq edilmiş “Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndi rəhbər tutulmaqla hazırlanıb.
Əmrə əsasən, tibbi təhsil prosesinin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə səlahiyyətli şəxslərə və qurumlara “Həkimlərin bilik və vərdişlərinin təkmilləşdirilməsinə dair müvəqqəti qaydalar”ın təsdiq edilməsi, səhiyyə idarə və müəssisələrinin rəhbərlərinin öz işlərində bu qaydaları əsas tutması barədə müvafiq tapşırıqlar verilib.
AzDHTİ-nin sinir xəstəlikləri, anesteziologiya və reanimotologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedralarında 2017/2018-ci tədris ilindən başlayaraq pilot layihəsi üçün təhsilin təkmilləşdirilməsi proqramları və kursları təşkil edilməsi barədə tapşırıq da Əmrdə öz əksini tapıb.
Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.
Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.
Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.