İyirmi beş il ərzində Azərbaycan regionda ABŞ-ın güclü tərəfdaşına çevrilib. Dünya ictimaiyyətinə Azərbaycan kimi ölkələr lazımdır. Azərbaycan sülhpərvər, təhlükəsiz, daim inkişaf edən və strateji əhəmiyyəti olan bir ölkədir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri ABŞ-ın nəqliyyat komandanı general Darren MakDyu dekabrın 17-də Bakıda keçirdiyi brifinqdə bildirib.
Azərbaycanda ilk dəfə olduğunu vurğulayan general deyib ki, səfər zamanı keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında uzunmüddətli əməkdaşlıq məsələləri müzakirə edilib. O, ölkəmizdə gördüyü qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Ölkəmizdə nəqliyyat sisteminin inkişaf etdirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirən Darren MakDyu bu işlərin həm Azərbaycan, həm də bütün dünya iqtisadiyyatı üçün əhəmiyyətini vurğulayıb.
“Əfqanıstana səfərim çərçivəsində bu ölkədəki sülhməramlı əməliyyatların rəhbəri ilə görüşüm zamanı o, mənə Azərbaycanın bu əməliyyatlarda müstəsna rol oynadığını dedi. O, məndən xahiş etdi ki, Əfqanıstanda sülhyaratma əməliyyatlarına verdiyi töhfələrə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edim. Düşünürəm ki, məhz Azərbaycanın bu rolu sayəsində həm regionda, həm də dünyanın müxtəlif dövlətlərində təhlükəsizlik və sabitlik qorunacaq”, - deyə Darren MakDyu vurğulayıb.
ABŞ və Azərbaycanın təhlükəsizlik sahəsində çox faydalı əməkdaşlığa qoşulduğunu bildirən amerikalı general deyib: “Azərbaycan kimi 25 ildir müstəqil olan ölkə ilə tərəfdaşlıq etmək həqiqətən də bizim üçün xoşdur”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Maldiv Respublikasının yeni seçilmiş Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin vəfatı ilə bağlı nekroloq imzalayıblar.
Tehranda səfərdə olan Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov bu gün İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla görüşüb.