Daniel Panov: Birinci vitse-prezident Mehriban Əliyevanın böyük təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə rolunu daha da artıracaq

Daniel Panov: Birinci vitse-prezident Mehriban Əliyevanın böyük təcrübəsi Azərbaycanın beynəlxalq aləmdə rolunu daha da artıracaq
02 2017 14:27

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük təcrübəsi, dünya mədəni irsinin qorunmasına verdiyi töhfələr ölkənin beynəlxalq miqyasda rolunun daha da artmasına stimul verəcək.

Bu fikri Birinci vitse-prezident Mehriban Əliyevanın fəxri vətəndaşı olduğu Veliko Tırnovo şəhərinin meri Daniel Panov bildirib.

Mer Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun artıq dünyanın hər yerindən qonaqları qəbul etdiyini minnətdarlıqla vurğulayıb. O qeyd edib ki, Azərbaycan gələcəkdə də multikultural müxtəlifliyin təşviqini davam etdirəcək, dünyaya tolerantlıq və demokratiya nümunəsi olacaq.

Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin rektoru Xristo Bonjolov isə deyib ki, Veliko Tırnovo Universitetinin fəxri doktoru Mehriban Əliyevanın belə yüksək etimada layiq görülməsi bu ali təhsil ocağının bütün kollektivi üçün böyük şərəfdir. O, əminliklə vurğulayıb ki, böyük peşəkarlığa, yüksək intellektə və zəngin təcrübəyə malik Mehriban Əliyeva ona göstərilən bu etimadı doğruldacaq, Azərbaycan Respublikasının sülh və rifah vahəsi kimi daha da güclənməsinə əhəmiyyətli töhfələr verəcək. Rektor Mehriban Əliyevanın humanizm, tolerantlıq və multikulturalizm naminə gördüyü işlərin yüksək dəyərə malik olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi Bolqarıstan mətbuatının da diqqət mərkəzində olub.

Bolqarıstanın nüfuzlu “Focus”, “Pik”, “Blitz” xəbər agentlikləri, BTV televiziya kanalı, “Standart”, “24 Çasa”, “Seqa”, “Zemya” qəzetləri, Frognews.bg, Mediapool.bg, Dnesplus.bg informasiya portalları Mehriban Əliyevanın həyat və fəaliyyəti, onun gördüyü işlər, Birinci vitse-prezident vəzifəsinə təyin olunması barədə məlumatlar yayıblar.

Yayılan informasiyalarda Azərbaycanda həyata keçirilən Konstitusiya islahatları, bu islahatların tərkib hissəsi kimi vitse-prezidentlik institutunun yaradılması haqqında da məlumat verilir.

Məlumatlarda, həmçinin Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Bolqarıstanın Veliko Tırnovo şəhərindəki “Trapezitsa” Tarixi Memarlıq Qoruğunun bərpasına etdiyi maliyyə töhfəsindən, qoruğun ötən ilin sentyabr ayında keçirilmiş açılış mərasimində onun özünün iştirakından, Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Metodi adına Veliko Tırnovo Universitetinin fəxri doktoru adlarına layiq görülməsindən, ölkədə və xaricdəki fəal ictimai fəaliyyətindən bəhs edilir.


14 Fev 2026
Siyasət

"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"

Türkiyənin "Haber Global" telekanalı Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirakından süjet hazırlayıb.

14 Fev 2026
Siyasət

Sahil Babayev: Belqrad–Bakı marşrutu üzrə birbaşa uçuşlar iqtisadi əlaqələri intensivləşdirəcək

Azərbaycan Serbiyanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən etibarlı tərəfdaşdır.

14 Fev 2026
Siyasət

Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransında Orta Dəhlizlə bağlı panel müzakirələrində çıxış edib

Fevralın 13-də xarici işlər naziri Ceyhun Bayramov Münhen Təhlükəsizlik Konfransı çərçivəsində "Avrasiyanın Strateji Nizamının Müəyyənləşdirilməsi: Orta Dəhliz - Sabitlik, Sülh, Təhlükəsizlik və Bağlantılar üzrə Avropa Təhlükəsizlik Gündəliyi" mövzusunda panel müzakirələrində çıxış edib. Paneldə, həmçinin Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso çıxış ediblər.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə "Oracle" korporasiyasının baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə dünyada ən böyük proqram təminatı və bulud texnologiyaları şirkətlərindən biri olan ABŞ-nin "Oracle" korporasiyasının baş icraçı direktoru Mayk Sisiliya ilə görüşüb.

14 Fev 2026
Siyasət

Prezident İlham Əliyev Münhendə Azərbaycan jurnalistlərinə müsahibə verib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Münhendə Azərbaycan telekanallarına müsahibə verib.