DST rəhbəri quş qripinə qarşı mübarizədə sayıq olmağa çağırıb

DST rəhbəri quş qripinə qarşı mübarizədə sayıq olmağa çağırıb
24 2017 17:38

Hazırda dünya vaksin ehtiyatları baxımından qrip pandemiyasına qarşı mübarizəyə daha yaxşı hazırdır. Lakin 100 faiz hazırlıqdan danışmaq olmaz.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, bu fikri Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru Marqaret Çan DST İcraiyyə Komitəsinin Cenevrədə keçirilən 140-cı sessiyasında səsləndirib. Bu gündən başlanan sessiya fevralın 1-dək davam edəcək.

Marqaret Çan deyib: “Mən bütün ölkələri quşlarda quş qripi xəstəliyinin yayılmasını, habelə insanlarda bu qriplə bağlı xəstələnməni diqqətlə müşahidə etməyi davam etdirməyə çağırıram. Təkcə keçən ilin noyabrından ev və çöl quşlarında quş qripinin ağır formalarının yayılması barədə 40 ölkədən məlumat daxil olub”.

Onun sözlərinə görə, DST quş qripinin müxtəlif regionlarda sürətlə yayılmasından və bir-biri ilə qarşılıqlı təsirdə olan virus ştamlarının böyük miqdarından narahatdır. DST rəhbəri deyib: “Asiyada böyük ocaqları müşahidə edilən H5N6 virusu dörd müxtəlif virusun öz genomlarını dəyişdirməsi nəticəsində meydana gələn yeni ştamm təsiri bağışlayır. Çin isə 2013-cü ildən başlayaraq insanların xəstələnməsinə səbəb olan H7N9 virusunun mövsümi yayılması haqqında məlumat verir. Hazırda mindən çox adamın bu virusa yoluxması halı qeydə alınıb. Onların 38,5 faizi ölümlə nəticələnib”.

Marqaret Çanın sözlərinə görə, ən son qrip epidemiyası 2016-cı ilin sonunda başlanıb. Xəstələrin sayı dekabr ayında kəskin artıb. “DST quş qripinə yoluxan iki qrup adam üzərində aparılmış müşahidəyə əsasən bu qripin insanlar arasında ötürülməsini istisna etmir, lakin bu barədə hələ ki təsdiq edilmiş məlumat yoxdur”, - deyə DST rəhbəri bildirib.

O xatırladıb ki, Beynəlxalq Tibbi-Sanitar Qaydalarına əsasən bütün ölkələr insanların quş qripinə yoluxması hallarını operativ üzə çıxarmalı və məlumat verməlidir. “Biz heç bir vəchlə xəstəliyin ilkin mərhələsinin əlamətlərini belə nəzərdən qaçırmamalıyıq”, - deyə DST sədri vurğulayıb.

Marqaret Çan sessiyada Ebola əleyhinə vaksin hazırlanmasında əldə edilən nailiyyətlərdən danışıb. O, həmçinin dövlətləri tütün məmulatlarının qiymətini və aksizini qaldırmağa çağırıb və xatırladıb ki, hər il tütün istehlakı qlobal miqyasda altı milyon insanın ölümünə gətirib çıxarır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.