DMX-də 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb

DMX-də 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılıb
20 2017 11:56

Dövlət Miqrasiya Xidmətində 20 Yanvar hadisələrinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, III dərəcəli dövlət miqarsiya xidməti müşaviri Vəli Nağıyev məruzə ilə çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet qoşunlarının Azərbaycanda törətdikləri qanlı qırğınlar barədə məlumat verib. O, həmin hadisələrin insanlığa qarşı yönəldilmiş hərbi cinayət olduğunu bildirib. Qeyd edib ki, imperiya ordusunun əliyalın dinc əhaliyə, azadlıq, müstəqillik arzusunda olan insanlara qanlı divan tutması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş ən dəhşətli əməl idi. Bu faciəyə ilk olaraq öz etirazını bildirən isə Ümummilli lider Heydər Əliyev olmuşdu. Ulu öndər Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və təcavüzə kəskin etirazını bildirmiş, hadisəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etmişdi. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.

Ulu öndər Heydər Əliyevin 1994-cü ildə 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı fərmanında Milli Məclisə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olunmuşdu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdi. Məhz 20 Yanvar faciəsi Ümummilli lider Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb.

Ümummilli liderin müdrik və uzaqgörən siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həllinə xüsusi diqqət göstərir. Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edir. Prezident İlham Əliyevin "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" 19 yanvar 2006-cı il tarixli Fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Həmçinin dövlət başçısının təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılıb, 20 Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb.

Vurğulanıb ki, bu yara, bu zərbə nə qədər ağır olsa da, Azərbaycan xalqının qəddi əyilmədi, əksinə xalqımız başını daha qürurla tutaraq dövlət müstəqilliyini bərpa etdi və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz istiqlalını qoruyur və möhkəmləndirir. Təbiidir ki, xalqımız Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda verdiyi qurbanları heç zaman unutmur, onların xatirəsini daim əziz tutur.

Sonda 20 Yanvar hadisələridən bəhs edən film nümayiş olunub.


13 Dek 2024
Cəmiyyət

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.

13 Dek 2024
Cəmiyyət

Bu il Azərbaycandan turist axını 17 % artıb

Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.

13 Dek 2024
Cəmiyyət

Vüqar Bayramov: 2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq

2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.

13 Dek 2024
Cəmiyyət

Şənbə günü Bakıya sulu qar yağacaq - PROQNOZ

Azərbaycan ərazisində dekabrın 14-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.