Prezident İlham Əliyev “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsvirinin və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyun tarixli 538 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, həmin fərmanla təsdiq edilmiş Əlavə I – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının təsviri” üzrə 6-cı hissənin adında və mətnində “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilir; 7.11-ci bənddə “Müdavim” sözü (hər iki halda) “Kursant” sözü ilə, “M” hərfi “K” hərfi ilə əvəz edilir; 7.12-ci bənddə “M” hərfi (hər iki halda) “K” hərfi ilə əvəz edilir; 7.13-cü bənddə “Müdavimlərin” sözü “Kursantların” sözü ilə əvəz edilir.
Həmin fərmanla təsdiq edilmiş Əlavə II – “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəis və sıravi heyətinin geyim formasının və fərqlənmə nişanlarının nümunəsi” üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin qadın sıravi və kiçik rəis heyəti üçün geyim formalarının nümunələrinin “Qeyd” hissələrində “Müdavimlər” sözü “Kursantlar” sözü ilə əvəz edilir; “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müdavim, sıravi, kiçik, orta və böyük rəis heyəti üçün baş geyimləri və digər atributların nümunəsi”ndə “müdavim” sözü “kursant” sözü ilə, 1-ci və 2-ci şəkillər isə yeni şəkillərlə əvəz edilir.
Azərbaycanın digər türkdilli ölkələrlə münasibətlərinin Türkiyə səviyyəsinə yüksəldilməsində ciddi marağı var.
Birinci vitse-prezident Mehriban Əliyeva Avropa və Dünya Çempionatlarının mükafatçıları ilə bağlı paylaşım edib.
Dövlət Qulluğunu İdarəetmə Şurasının tərkibinə dəyişiklik edilib.