DİM abituriyentlərdən üzr istədi

DİM abituriyentlərdən üzr istədi
25 2017 15:18

Dövlət İmtahan Mərkəzinin (DİM-TQDK-a) abituriyentlər üçün bu gün səhər saat 9:00-da nəzərdə tutduğu sınaq imtahanı baş tutmayıb.
REALPRESS.com Moderator.az-a istinadən xəbər verir ki, serverdə yaranan problemə görə, istifadəçilərin çoxu imtahan giriş edə bilməyib.
DİM isə abituriyentlərdən üzr istəyərək imtahan qeydiyyatını uzadacağını açıqlayıb: 
"25.03.2017-ci il tarixdə saat 09:00-da olan sınaq imtahanında bir qrup istifadəçi server yükləndiyindən imtahana daxil ola bilməmişdir. Bununla bağlı üzr istəyirik. Pulsuz sınaq imtahanlarının müddəti 31 martadək uzadılacaq və hər bir istifadəçi pulsuz sınaq imtahanında iştirak edə biləcək."
Qeyd edək ki, DİM ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün aprel-may aylarında keçiriləcək birinci qəbul imtahanlarında iştirak edən abituriyentləri nəzərə alaraq I-IV ixtisas qrupları üzrə elektron sınaq imtahanları keçirir.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir. 

15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.