Cocuq Mərcanlıda tikinti işlərinin başa çatacağı müddət bilindi

Cocuq Mərcanlıda tikinti işlərinin başa çatacağı müddət bilindi
01 2017 09:56

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 50 fərdi evin və məktəb binasının tikintisi may ayının sonunadək başa çatacaq.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı kəndinin yenidən qurulması işləri sürətlə davam etdirilir: “Kənddə ilkin olaraq 50 fərdi evin və məktəb binasının tikintisi aparılır. Prezidentin tapşırığı ilə kənddə Şuşa məscidinin bənzəri inşa olunur. May ayının sonunadək kənddə tikinti işləri başa çatacaq”.

Ə.Həsənov vurğulayıb ki, Cocuq Mərcanlı kəndinin adı indi dünya mətbuatında qeyd olunur:

“Prezident İlham Əliyevin tapşırığı ilə xarici ölkələrin media orqanlarının və səfirlərinin Cocuq Mərcanlıya səfəri təşkil edildi. Bütün dünya bildi ki, erməni silahlılarının 1993-cü ildə 3-4 aylıq işğal dövrü ərzində həmin kənd darmadağın edilərək yer üzündən silinib. Onlar gördülər ki, erməni vandalizmi nədir. Səfirlər çıxış etdilər, mövqelərini bildirdilər. Bütün bunlar dünya mediasında işıqlandırıldı. Hesab edirik ki, bu kəndin bərpası üçün Prezidentin tapşırığı əsasında görülmüş işlər bütün dünyaya səs saldı, ermənilərin işğal altında saxladıqları və darmadağın etdikləri ərazilərimiz haqqında daha mükəmməl məlumatın dünyaya yayılmasında böyük rol oynadı”.


16 Sent 2023
Hərbi

Naxçıvanda ilk milli hərbi hissənin yaradılması qeyd edildi - FOTO

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 31-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib.

2 Sent 2023
Hərbi

Ordumuz Ermənistan silahlı qüvvələrinə məxsus PUA-ların idarəetmə stansiyasını məhv edib

Ermənistan silahlı qüvvələrinə məxsus PUA-nın idarəetmə stansiyası məhv edilib.

14 İyun 2023
Hərbi

Ermənilər Naxçıvan istiqamətində mövqelərimizi atəşə tutdular: Cavab tədbirləri görülür

İyunun 14-ü saat 10:00-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini yenidən müxtəlif çaplı silahlardan intensiv atəşə tutub.

12 Apr 2023
Hərbi

Ermənilərin itkilərinin sayı AÇIQLANDI

Ermənistan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində 4 hərbçisinin həlak olması, 6 hərbçisinin isə yaralanması barədə məlumat yayıb.

31 Yan 2023
Hərbi

Azərbaycan Ordusunun tankları Türkiyədə keçirilən təlimlərdə manevrlər edib

Türkiyə və Azərbaycanın zirehli bölmələri Türkiyənin Qars şəhərində keçirilən “Qış təlimi - 2023” təlimlərində manevr imkanları yoxlanılıb. Manevrlərdən əvvəl tanklara texniki qulluq və nəzarət həyata keçirib.