Çinin ən böyük texnologiya şirkətlərindən olan Tencent, Teslanın 5%-ni satın aldı

Çinin ən böyük texnologiya şirkətlərindən olan Tencent, Teslanın 5%-ni satın aldı
29 2017 17:05

Çinin ən dəyərli internet və texnologiya şirkətlərindən biri olan Tencent, Teslanın səhmdarları arasına qatıldı. Çinli şirkət SEC sənədlərinə görə Teslanın yüzdə 5% hissəsini satın alıb.

Çinin ən məşhur mesajlaşma tətbiqlərindən WeChat-ın sahibi olan Tencent, paylaşılan məlumatlara görə 1,7 milyard dollar qarşılığında 8,167,544 Tesla hissəsi satın alıb. Bu hissələrin hazırki dəyəri 2,2 milyard dollara çatır çünki 17 Martda reallaşan bu əməliyyatın təqdim edilməssinin ardından Tesla hissələri yüzdə 3% qədər artış göstərib.

Tencent, öz məhsul və xidmətlərinin yanında investor tərəfiylə da önə çıxan bir şirkətdir. Çinli şirkət, keçən ilə görə gəlirlərində 48% artımla 2016-cı ildə 21,9 milyard dollarlıq rekord gəlir əldə etmişdi. Bu gəlir artımını doğru kanallara yönləndirdirmək istəyən Tencent-inSnap (Snapchat) və Didi Chuxing kimi əhəmiyyətli tətbiqlərə investisiya etdiyini də xatırlatmaqda fayda var. Supercell-i isə 10,2 milyard dollara satın almışdı.

Tencent üçün xatırlatmağımız lazım olan bir başqa məlumat isə Here-nin yüzdə 10%-ni satın alan investorlar arasında yer almasıdır. Avtomobil və nəqliyyat sahəsindəki bu investisiyalar, Tencent-in Teslanın ən böyük səhmdarlarından biri olmasını mənalı edir. Təbii Tencent-in Tesla-da söz sahibi ola biləcəyini düşünmək üçün çox tezdir amma bu yeni dəstək, gələcək planlarını açıqlayan Elon Musk-ın daha rahat hərəkət etməsini təmin edə bilər.

Digər tərəfdən Çinli şirkət qısa müddət əvvəl də Kuaishou adlı fotoşəkil paylaşma tətbiqinə 350 milyon dollar investisiya etmişdi. Kuaishou bu il içində ABŞ-da birjaya açılmağı düşünən bu cəhdi Tencent-in qlobal strategiyalarına kömək edəcək kimi dayanır.


19 Apr 2021
İT

Vətəndaşlar “ƏDV geri al” layihəsindən nə qədər vəsait əldə edib? - RƏSMİ

“ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 60,2 milyon manat geri qaytarılıb.

19 Apr 2021
İT

Evdən distant təhsilin təşkili üçün 5 faydalı məsləhət

Pandemiya şəraiti, gedişli-gəlişli karantin və bütün bunların fonunda təhsilini davam etdirməyə çalışan minlərlə şagird və tələbə...

4 Mar 2021
İT

“WhatsApp”dan şad xəbər: İstifadəçilər üçün çox vacib funksiya işə salınır

“WhatsApp” messencerinin kompüter versiyası üçün artıq səsli və video zənglər əlçatandır.

23 Fev 2021
İT

Qarabağın bərpasında “rəqəmsal nəslin” rolu

Uzun illər boyu regionların inkişafı və abadlaşdırılması sənayeləşmə və aqrar sektorun inkişafı ilə bağlı idi. Ötən yüzillik inkişaf istiqamətlərinin siyahısına xidmət sahəsini, xüsusilə turizm sektorunu da əlavə etdi. Bu üç istiqamət uzun müddətdir ki, regionların inkişaf etdirilməsində ideal vasitələr kimi qəbul olunurdu. Lakin, son illərdə müasir cəmiyyət rəqəmsal texnologiyaların təsiri altında sürətlə dəyişir və bu tamamilə yeni reallıqlar formalaşdırır. 

28 Yan 2021
İT

“WhatsApp”da yeni virus yayılır

Milyonlarla istifadəçisi olan “WhatsApp” messenceri vasitəsilə yeni virus yayılır.