Avstraliya ilə Çin ticari-iqtisadi əlaqələri inkişaf etdirməklə ölkələrarası əməkdaşlığı möhkəmləndirə bilərlər. Bu barədə “The Austarlian” qəzetinin Çinin Dövlət Şurasının Baş naziri Li Keçyana istinadla yaydığı məqaləsində deyilir. Qeyd edək ki, martın 22-də L.Keçyanın Avstraliyaya rəsmi səfəri başlayır.
Çin hökumətinin başçısının sözlərini sitat gətirən qəzet yazır: “Çin və Avstraliya bir-biri üçün bazarlarını daha geniş aça bilərlər və bu, ikitərəfli əməkdaşlığı daha da möhkəmləndirə bilər”. Baş nazir 2015-ci ili dekabrında qüvvəyə minmiş Çin-Avstraliya azad ticarət razılaşmasını xatırladaraq qeyd edir ki, onun ölkəsi Avstraliyanın əsas ticari tərəfdaşıdır.
Ekspertlərin qənaətinə görə, L.Keçyanın səfərinin əsas məqsədlərindən biri Avstraliyanı Çoxtərəfli Regional İqtisadi Tərəfdaşlıq adlandırılan yeni konsepsiyaya daha fəal qoşulmağa sövq etməkdir. Həmin konsepsiya Çin tərəfindən Trans-Sakit okean Tərəfdaşlığına (TPP) alternativ olaraq irəli sürülüb. Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp TPP-nin ölkəsinin maraqlarına cavab vermədiyini bəyan edərək qurumdan çıxıb.
İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.
İranın cənubunda Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərində neft emalı zavodunda qaz sızması nəticəsində partlayış baş verib.