Çində ilk “5G” küçə fənəri quraşdırılıb

Çində ilk “5G” küçə fənəri quraşdırılıb
15 2019 10:12

Çinin mərkəzi Hubey əyalətinin paytaxtı Uxan şəhərində beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk “ağıllı” küçə fənəri quraşdırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, ilk baxışdan adi fənəri xatırladan qurğunun daxilində kamera, maye-kristal ekran, işıq lampaları və “5G” baza stansiyası yerləşdirilib.

Məlumata görə, fənər baza radiostansiyası ilə yanaşı, “ağıllı” şəhərin əsasını təşkil edəcək “5G” şəbəkələri vasitəsilə istifadəyə imkan verən bir sıra “ağıllı” funksiyalara malikdir.

Belə küçə işıqlandırması perspektivdə yerli sakinlərə küçəni işıqlandırmaqla yanaşı, smartfonlar vasitəsilə yüksək keyfiyyətli video, eləcə də əlavə reallıq texnologiyalarından yararlanmağa imkan verəcək.

Çinin “China Mobile” mobil rabitə və telekommunikasiya şirkəti yerli hakimiyyətlə birgə bu ilin yanvarında Uxan şəhərinin Tsyanxan ərazisində pilot rejimdə “5G” rabitə sistemlərini istifadəyə verməyə başlayıb. Şəhərdə “5G” sistemlərinin kommersiya istifadəsinə verilməsinin oktyabrda başa çatacağı gözlənilir.

Bundan əlavə, Pekinin İçjuan texniki-iqtisadi zonasının 2019-cu ilin sonunadək “5G” şəbəkəsi ilə əhatə olunması nəzərdə tutulur.

Realpress.az



12 Dek 2019
İT

“Samsung” qabaqcıl smartfonlarında öz prosessorundan imtina edəcək

"Samsung" şirkəti yeni "Galaxy S11" modellərində öz istehsalı olan "Exynos" prosessorlarından imtina edəcək. Bu haqda "The Elec" nəşri məlumat verib.

12 Dek 2019
İT

“iPhone” son onilliyin ən möhtəşəm cihazı adlandırılıb

"The Verge" nəşri son illiyin 100 əsas qurğusundan ibarət reytinq tərtib edib. "iPhone 4" son onilliyin ən möhtəşəm qurğusu adlandırılıb.

12 Dek 2019
İT

Yeni “Apple Mac Pro” kompüterlərinin satışına başlanılıb

"Apple" şirkəti dekabrın 10-da iyunda təqdim edilən və peşəkarlar üçün nəzərdə tutulan "Mac Pro" kompüterinin, eləcə də "6K" təsvir ölçülü 32 düymlük "Pro Display XDR" monitorlarının satışına başlayıb.

12 Dek 2019
İT

“Microsoft” mobil əməliyyat sistemləri bazarını tərk etdi

10 dekabr 2019-cu il tarixində "Microsoft" rəsmən "Windows 10 Mobile" sisteminin dəstəyini dayandırıb. Beləliklə, ABŞ şirkəti mobil əməliyyat sistemləri bazarını qəti tərk etdi.

12 Dek 2019
İT

“iOS” sisteminin yeni versiyası “iPhone” cihazını fiziki açarla qorumağa imkan verir

"Apple" şirkəti tərəfindən təqdim edilmiş "iOS 13.3" versiyasında fiziki təhlükəsizlik açarlarının dəstəyi sistem səviyyəsində reallaşdırılıb. Gücləndirilmiş qoruma sistemi istənilən proqram və ya "Safari" brauzerində sayt üçün aktivləşdirilə bilər.