Ceymstaun Fondu: Ermənistanda Azərbaycanla münaqişənin ölkənin qlobal layihələrdə iştirakına mane olduğunu düşünənlər artır

Ceymstaun Fondu: Ermənistanda Azərbaycanla münaqişənin ölkənin qlobal layihələrdə iştirakına mane olduğunu düşünənlər artır
25 2017 15:38

Cənub Qaz dəhlizi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji layihələr Cənubi Qafqaz ölkələrinin qlobal tədarük "zəncirində" iştirak potensialını artırır.

Trend-in məlumatına görə, bu Ceymstaun Fondunun saytında dərc olunmuş məqalədə yazılıb.

Məqalədə qeyd olunur ki, Ermənistanda bu cür imkanlardan yararlanmanın qarşısını alan amillərin Azərbaycanla münaqişənin uzanması və ölkənin Rusiyadan kvazikolonial asılılığının olması barədə düşüncələr artır.

Məqalənin müəllifləri xatırladır ki, fevralın 25-i Avropada ən uzun sürən münaqişə olan Dağlıq Qarabağda silahlı toqquşmalar bərpa olundu. Burada şübhəli məqam o idi ki, toqquşmalar Xocalı hadisələrinin 25-ci ildönümü ərəfəsində qeydə alındı. Azərbaycanlı diplomatların fikrincə bu təxribat sülh prosesinə mane olmaq üçün həyata keçirilmişdi: "Son illərdə Bakı anlayır ki, böyük ehtimalla Ermənistan yeni hücuma hazırlaşır. 2016-cı ilin fevralında Rusiyadan Ermənistana MiQ-29 və digər müasir təyyarələrin tədarük olunmasını xüsusi qeyd etmək lazımdır. Kreml həmçinin Ermənistan rəhbərliyinə silah satınalmaları üçün 200 milyon dollar həcmində kredit təqdim etmişdi. Bundan başqa ötən ilin payızında KİV-də Ermənistana "İskəndər" ballistik raketlərinin tədarük olunması barərə məlumatlar yer almışdı".

Məqalədə həmçinin qeyd olunur ki, fevral toqquşmalarına bir neçə gün qalmış Bakıda "Cənub Qaz dəhlizi" Məşvərət Şurası nazirlərinin iclası keçirilib. Tədbirdə təkcə Cənub Qaz dəhlizinə daxil olan ölkələrin nümayəndələri yox, həm də Avropa İttifaqının və Böyük Britaniyanın nümayəndələri iştirak edib. Müəlliflər qeyd edir ki, Azərbaycanda neft hasilatı getdikcə azalır: "Bu yolla Bakı məhdud neft ehtiyatlarından maksimal dərəcədə istifadə etmək istəyir. O, Cənub Qaz dəhlizinin aparıcı rol oynadığı Qərb ölkələrinə yönəlmiş nəqliyyat şəbəkələrində daha fəal iştirak etməlidir. Eyni zamanda Aİ-nin enerji mənbələrinin diversifikasiyasında maraqlılığı onu ifadə edir ki, Avropa həqiqətən də Xəzərin enerji resursları uğrunda mübarizədə maraqlıdır".


11 Okt 2024
Siyasət

Sahibə Qafarova Özbəkistan Ali Məclis Senatının sədri ilə görüşüb

Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

11 Okt 2024
Siyasət

Leyla Əliyeva və Arzu Əliyeva Qəbələdə gənclərin ekoloji düşərgəsinin qonağı olublar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin yaşıl təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.

11 Okt 2024
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycanın MDB məkanında nüfuzu artır”

“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.

11 Okt 2024
Siyasət

Muxtar Babayev: İqlim fəaliyyətləri bu gün həyat xilas edir

İqlim dəyişikliyinə uyğunlaşma üzrə fəaliyyətlər artıq bu gün həyatları xilas edir.

11 Okt 2024
Siyasət

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,36 ABŞ dolları, yaxud 1,73 % artaraq 80,38 ABŞ dolları təşkil edib.