Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub
30 2017 15:09

Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi Radek Smolka “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub.

APA-nın məlumatına görə, R. Smolkanın bəyanatında deyilir:

”Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edərək, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edərək, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən, Radek Smolka, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulmağımı təsdiq edirəm”.

Qeyd edək ki, Ermənistan və Azərbaycan arasında Sülh naminə Platforma Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım məqsədilə 2016-cı ilin dekabrın 6-da yaradılıb. Platforma münaqişənin sülh nizamlanmasına töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. Platformanın yaradılması təşəbbüsü beynəlxalq ictimaiyyətin marağına səbəb olub, münaqişə edən ölkələrin ictimai rəyində böyük rezonans doğurub. Bir çox tanınmış ekspert bu təşəbbüsü yüksək qiymətləndirib və bu sülhməramlı təşəbbüsünü münaqişənin sülh nizamlanması prosesində önəmli rolunu qeyd edib. 


26 Sent 2023
Siyasət

Qarabağın erməni sakinləri üçün növbəti dəfə yanacaq göndərilib

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha 2 nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.

26 Sent 2023
Siyasət

Ərdoğan Paşinyanla telefon danışığı zamanı müzakirə etdiyi məsələləri açıqlayıb

"Biz Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük".

26 Sent 2023
Siyasət

Azərbaycan və Çin kosmik sahədə əməkdaşlıq edə bilər

"Azərbaycan və Çin arasında kosmik sahədə əməkdaşlığın böyük perspektivləri var".

26 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə prezidentləri hərbi kompleksin açılışında iştirak ediblər - YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında iştirak ediblər.