Cənubi Koreya gəmisi Atlantik Okeanında yoxa çıxıb

Cənubi Koreya gəmisi Atlantik Okeanında yoxa çıxıb
03 2017 11:46

24 nəfərlik heyət üzvü olan 312 metrlik Cənubi Koreya yük gəmisi cənubi Atlantik Okeanında yoxa çıxıb.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, heyət üzvlərindən 2 filippinli dənizçi gəminin qayıqlarının birindən xilas ediliblər.

312 metrlik Stellar Daisy yük gəmisinin heyət üzvlərindən biri SMS yazaraq gəminin getdikcə su ilə dolduğu barədə xəbərdarlıq edib.

Uruqvay donanması ərazidəki ticarət gəmilərini xəbərdar etdikdən sonra, bu gəmilər axtarışa başlayıb.
Uruqvay donanmasının sözçüsü axtarışı aparan gəmilərin heyət üzvləri yanacaq iyi hiss etdilərini bildiriblər.

Yonhap xəbər agentliyi xilas edilən iki filippinlinin axtarışda iştirak edən gəmilərin biri tərəfindən tapıldığını bildirib.

"22 nəfərin tapılmasına yönələn axtarış əməliyyatı davam edir", Cənubi Koreya Xarici İşlər Nazirliyinin rəsmisi Reuters xəbər agentliyinə deyib.

XİN rəsmisi həmçinin axtarış əməliyyatına dəstək verilməsi üçün Cənubi Koreyanın Brazilya və Uruqvaya müraciət etdiyini bildirib.

"Çox Böyük Filiz Daşıyıcısı" adlanan (Very Large Ore Carrier və ya VLOC) və 260 min ton tutuma malik olan gəmi Cənubi Koreya şirkəti tərəfindən istismar olunur, lakin Marşal Adalarının bayrağını daşıyır. 24 heyət üzvünün 16-sı filippinli, 8-i isə Cənubi koreyalıdır.

Deyilənlərə görə gəminin çıxış portu Braziliyada olub.


7 Fev 2025
Dünya

Braziliyada təyyarə qəzaya uğrayıb, ölənlər var

Braziliyanın San-Paulo şəhərində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub.

7 Fev 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey dənizi sahillərində 4,8 bal gücündə zəlzələ baş verib.

7 Fev 2025
Dünya

Türkiyədən Suriyaya müdafiə yardımı: Fəaliyyət planı hazırlanır

Türkiyə Suriya Silahlı Qüvvələrinin döyüş qabiliyyətini gücləndirmək üçün fəaliyyət planı hazırlanmasına yardım edəcək.

6 Fev 2025
Dünya

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “Mirage 2000” qırıcısı planlı təlim uçuşu zamanı qəzaya uğrayıb.

6 Fev 2025
Dünya

Rusiya və Ukrayna arasında əsir mübadiləsi: Hər iki tərəfdən 150 hərbçi qaytarıldı

Rusiya və Ukrayna arasında "150-150" qaydası əsasında əsir mübadiləsi baş tutub.