Cenevrədə “Enerji keçmişdən gələcəyə – Azərbaycan obyektivdə” adlı fotosərginin açılışı olub

Cenevrədə “Enerji keçmişdən gələcəyə – Azərbaycan obyektivdə” adlı fotosərginin açılışı olub
23 2017 08:55

Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə birgə əməkdaşlığı şəraitində, BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) 25-ci sessiyası çərçivəsində “Enerji keçmişdən gələcəyə – Azərbaycan obyektivdə” adlı fotosərginin aşılış mərasimi olub.

Cəmiyyətdən Trend-ə verilən məlumata görə, sərgidə UNECE dövlətlərində tətbiq olunan və gələcək nəsillər üçün daha dayanıqlı enerjiyə nail olmaq məqsədi daşıyan innovasiyalar nümayiş etdirilir. Tədbirə UNECE Davamlı Enerji Komitəsinin üzvləri, BMT-dəki daimi nümayəndə heyətlərinin, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri də daxil olmaqla 80 nəfərdən artıq iştirakçı qatılıb.

Sərgidə Azərbaycanın Ekologiya və Milli Sərvətlər Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və Avropa Azərbaycan Cəmiyyəti tərəfindən seçilib təqdim olunan fotoşəkillər sərgilənir. Sərgi üçün seçilmiş 60-dan artıq fotoşəkildə Azərbaycanın ənənəvi neft və qazdan başlayaraq alternativ və bərpaolunan enerji ehtiyyatlarına doğru keçid zamanı irəliləyişini təsvir edir. Şəkillərdə, həmçinin, Azərbaycanın təbiət mənzərələri, cəmiyəti və enerji infrastrukturunun inkişafı göstərilir.

UNECE icraçı katibi Kristian Friis Bax sərgini açıq elan edərək giriş nitqi söyləyib. O, UNECE üzv ölkələrinin daha dayanıqlı enerji gələcəyinə nail olmaq üçün göstərdiyi səyləri və xüsusilə sərgidə nümayiş olunan Azərbaycan, Almaniya, Qazaxstan və Ukraynanın həyata keçirdiyi alternativ enerji keçidini yüksək qiymətləndirib. O, qeyd edib ki, yalnız uğurlu milli təcrübənin təkrar tətbiqi və təcrübə mübadiləsi vasitəsilə ölkələr tərəfindən “2030 - Dayanıqlı İnkişaf Gündəliyi”nin həyata keçirilməsi mümkün olacaqdır.

Tədbirdə Almaniyanın BMT-dəki Daimi Nümayəndə Heyətinin İqtisadi Münasibətlər Bölməsinin rəhbəsi Dr. Uve Petri, Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndə Heyətinin rəhbəri Səfir Vaqif Sadıqov, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter, “KazEnergy” Assosiasiyasının icraçı direktoru Ramazan Zampiissov və ukraynalı deputat Valeriy Pisarenko çıxış ediblər.

Səfir Vaqif Sadıqov Azərbaycanda enerji infrastrukturunun uzun tarixi və bu sahənin ölkəmizin ümumi inkişafına təsiri barədə danışıb: “Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsi istiqamətində və nəqliyyat infrastrukturu, İKT, kənd təsərrüfatı və turizm kimi qeyri-neft sahələrinin inkişafı üçün çoxsaylı səylər göstərir. Ölkənin prioritet inkişaf istiqamətlərindən biri də külək və günəş enerjisi üçün alternativ və bərpaolunan enerji infrastrukturunu əhatə edən çoxşaxəli enerji sisteminə keçidin təmin edilməsidir. Bununla əlaqədar olaraq, Azərbaycan müvafiq beynəlxalq təşkilatlar və şirkətlərlə əməkdaşlığı davam etdirir”, - deyə səfir qeyd edib.

Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter öz nitqində bildirib: “Enerji hər bir iqtisadiyyatın şah damarıdır. Bu, həm neft, həm də qaz ixracatçısı olan Azərbaycan üçün də çox mühüm sektordur. Buna rəğmən, Azərbaycan gələcəyə obyektiv baxır. Öz iqtisadiyyatını şaxələndirmək üçün mühüm addımıar atır, alternativ və bərpaolunan enerji texnologiyalarına maliyyə resursları yatırır. Bu gün biz 60 fotoşəkil sərgiləyirik. Onların yarısı neft və qazdan başlayaraq külək və günəş enerjisi ilə bərpaolunan texnologiyalara qədər ölkənin enerji infrastrukturunu təqdim edir.”


7 İyun 2023
Cəmiyyət

Baş nazir Əli Əsədov Mixail Mişustinin dəvəti ilə Soçiyə işgüzar səfərə gedib

İyunun 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasında iştirak etmək üçün Soçiyə işgüzar səfərə gedib.

7 İyun 2023
Cəmiyyət

Ceyhun Bayramov Slovakiya Milli Şurasının sədri ilə görüşüb - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasına işgüzar səfəri çərçivəsində Slovakiya Milli Assambleyasının sədri Boris Kollar ilə görüşüb.

7 İyun 2023
Cəmiyyət

Kəmaləddin Heydərov Türkiyənin yeni daxili işlər nazirini təbrik edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş Türkiyə Respublikasının yeni daxili işlər naziri Ali Yerlikayaya vəzifəyə təyin olunması münasibətilə təbrik məktubu göndərib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məktubda A.Yerlikayaya yeni vəzifəsində uğurlar arzulayan K.Heydərov iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin daha da genişlənəcəyinə əminlik ifadə edib.

7 İyun 2023
Cəmiyyət

Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirilib

Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələri və sosial tərəfdaşların iştirakı ilə Cenevrədə (İsveçrə) Beynəlxalq Əmək Konfransının 111-ci sessiyası keçirilir.

7 İyun 2023
Cəmiyyət

Ağsu və Kürdəmirdə qaz kəsiləcək

Bu gün Ağsu və Kürdəmir rayonlarının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.