Çempionlar Liqasında “Qarabağ”ın potensial rəqibləri - SİYAHI

Çempionlar Liqasında “Qarabağ”ın potensial rəqibləri - SİYAHI
06 2020 11:53


Vaxt ötdükcə futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqiblərinin siyahısı dəqiqləşir.

realpress.az bu günə olan duruma görə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin səpələnmişlər (güclülər) səbətində yer alacaq “Qarabağ”ın potensial rəqiblərini müəyyənləşdirib.

Əvvəla, onu qeyd edək ki, Polşa, Rumıniya, Sloveniya, Albaniya və Ermənistanda, eləcə də komandaları ilkin mərhələdə mübarizə aparacaq Kosovo və Andorrada çempionlar hələ bilinmir. Lakin bilinsə belə, bu, siyahıda cüzi dəyişikliklərə səbəb olacaq. “Qarabağ” istənilən halda səpələnmişlər səbətində yer alan 17 komandadan biri kimi qalacaq.

Hazırkı duruma görə, “Qarabağ” bu mərhələnin beşinci güclü komandasıdır. Təbii ki, Polşa və Rumıniyada hansı klubların çempion olmasına görə yerdəyişmə mümkündür. İndiyə olan duruma görə, 34 komandanın reytinqlərinə əsasən, yer aldıqları səbətləri təqdim edirik:

Səpələnmişlər: “Seltik” (Şotlandiya) – 34.000, “Astana” (Qazaxıstan) – 29.000, “Ludoqorets” (Bolqarıstan) – 26.000, “Srvena Zvezda” (Serbiya) – 22.750, “Qarabağ” (Azərbaycan) – 21.000, “Makkabi” (Tel-Əviv, İsrail) – 16.500, “Molde” (Norveç) – 15.000, Polşa (bilinmir), Rumıniya (bilinmir), “Şerif” (Moldova) – 12.750, “Ferentsvaroş” (Macarıstan) – 9.000, “Dandalk” (İrlandiya) – 8.500, “Slovan” (Bratislava, Slovakiya) – 7.000, “Suduva” (Litva) – 6.750, “Omoniya” (Kipr) – 5.350, “Dinamo” (Tbilisi, Gürcüstan) – 4.750, “Fola Eş” (Lüksemburq) – 4.750.

Səpələnməmişlər: “Sarayevo” (Bosniya və Herseqovina) – 4.750, Sloveniya (bilinmir), “Yurqorden” (İsveç) – 4.550,  Albaniya (bilinmir), “Buduçnost” (Monteneqro) – 4.250, “Flora” (Estoniya) – 4.000, “Dinamo” (Brest, Belarus) – 3.775, Ermənistan (bilinmir), “Riqa” (Latviya) – 3.500, “Konas Ki Nomads” (Uels) – 3.250, “Yuropa” (Cəbəlüttariq) – 2.750, Kİ (Farer Adaları) – 2.750, KR (İslandiya) – 2.500, KuPS (Finlandiya) – 2.500, “Sileks” (Makedoniya) – 1.475, “Floriana” (Malta) – 1.150, ilkin mərhələdən gələn komanda.

Qeyd edək ki, Çempionlar Liqasında növbəti – 2020/21-ci illər mövsümünə avqustun 8-də start veriləcək. İlkin mərhələdə “Linfild” (Şimali İrlandiya), “Tre Fyori” (San Marino), eləcə də hələ çempionları bilinməyən Kosovo və Andorra klubları yarımfinal görüşləri keçirəcək. I təsnifat mərhələsinə vəsiqə qazanacaq yeganə komandanın adı isə avqustun 11-də bilinəcək.

“Qarabağ”ın mübarizə aparacağı I təsnifat mərhələsi 18-19 avqust tarixlərində keçiriləcək. Görüşlər bir matçdan ibarət olacaq. İlkin mərhələnin püşkü bu ay, I təsnifat mərhələsininki isə avqustun 9-da atılacaq.


8 Avq 2020
İdman

Azərbaycan Premyer Liqasının başlama tarixi açıqlandı - VİDEO

Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün başlanma tarixi bilinib. 

6 Avq 2020
İdman

“Roma” klubunun yeni sahibi bəlli oldu

Amerikalı milyarder Dan Fridkin “Roma” futbol klubunu 600 milyon avroya alıb.

5 Avq 2020
İdman

Arda Turan “Qalatasaray”a qayıdır

Türkiyəli yarımmüdafiəçi Arda Turan “Qalatasaray” futbol komandasında oynayacaq.

4 Avq 2020
İdman

İdmançımız dünyanın 20 ən güclüsü siyahısında

Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov triatlonçuların beynəlxalq reytinq cədvəlində 2414 xalla 20-ci pillədə qərarlaşıb.

4 Avq 2020
İdman

FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qaldı

İyulun 27-də start götürən FIFA20 Birinci Liqasının ilk həftəsi gözlənilməz nəticələrlə yadda qalıb. Liqa iştirakçıları bir-birindən maraqlı oyunlar sərgiləyir və azarkeşləri təəccübləndirməyi bacarırlar.