Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.
Müdafiə Nazirliyindən Realpress.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Quşçu Ayrım, Aşağı Əskipara kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Tağıbəyli, Şıxlar, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qərvənd, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrini qəbul etdi - YENİLƏNİB
“Zeynəb Xanlarova hazırda Amerikada yaşayır. Azərbaycana az-az gəlir. Gələndə də gələcək planları barədə bizə məlumat vermir”.
Azərbaycan Milli Məclisi (Parlament) tarixində ilk dəfə olaraq hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə buraxılması ilə bağlı müraciət ünvanladı. Nəticə etibarilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul etdi və Konstitusiyanın 98-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyev fevralın 9-na növbədənkənar seçkilərin təyin olunması barədə fərman imzaladı.