Burun ətinin fəsadları - eşitmə zəifliyi, bronxit, astma...

Burun ətinin fəsadları - eşitmə zəifliyi, bronxit, astma...
06 2019 09:55

Burun əti - adenoid ilə bağlı problemlər əsasən uşaqlarda rast gəlinir. 1-2 yaşından etibarən həddi-buluğ yaşına çatana qədər uşaqlarda belə hallar müşahidə olunur.

Adenoid burun tənəffüsünün pozulmasına gətirib çıxarır. Əsas şikayət bundan ibarət olur. Bundan başqa, xoruldamaq, narahat və ağzıaçıq yatmaq kimi şikayətlərə də rast gəlinir. Adenoidin də dərəcələri var. Əgər uşaqlarda narahatlıq aylarla, illərlə davam edirsə, bu artıq əməliyyata göstəriş ola bilər. Biz klinikada adenotomiya əməliyyatını müasir endoskopiya üsulu ilə icra edirik. Əməliyyat təxminən yarım saat çəkir və nəticələri müsbətdir. Azərbaycanda burun ətlərinin kəsilməsi əməliyyatları kifayət qədər geniş yayılıb. Lakin bu əməliyyata barmaqarası yanaşmaq olmaz. Yalnız göstəriş olduğu halda adenoidlərin kəsilməsinə qərar vermək lazımdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.

Lor cərrah, həmçinin deyib: "Adenoidlər burun tənəffüsünü pozduğu üçün bədən kifayət qədər oksigen almır. Ağızla nəfəs aldıqdan sonra udlaq badamcıqları qıcıqlanır və onların iltihabına - tonzilitlərə gətirib çıxarır. Bu hal davamlı olarsa, bronxit, hətta astmaya da səbəb ola bilər. Bədənin konsentrasiyası kifayət qədər keyfiyyətli hava ilə nəfəs ala bilmədiyinə görə pozulur.

Burun əti adətən eşitmədə də problemlər yaradır. Çünki bu hal orta qulağın havalanmasının qarşısını alır, nəticədə təbil pərdəsinin arxasında yığılan maye axaraq kanal vasitəsilə buruna tökülə bilmir, orada qalır və bu isə eşitmə azlığına gətirib çıxarır. Nəticədə uşağın nitqində problemlərə səbəb olur.

Klinikada bu yaxınlarda "paratensentiz" adlanan əməliyyat icra edilib. Bu zaman qulaqda təbil pərdəsində dəlik açaraq onun arxasındakı maye xaric olunub. Həmin əməliyyat eşitmənin və nitq inkişafının düzəlməsinə kömək edir".

Həkim valideynlərə uşaqların tənəffüs və eşitmədəki şikayətlərinə diqqətlə yanaşmağı və vaxtında mütəxəssisə müraciət etmələrini məsləhət görür.

Realpress.az



13 Dek 2019
Səhiyyə - Sağlamlıq

Qulaq ağrısı zamanı həm müalicə, həm də profilaktika

Dəyişkən hava şəraiti zamanı, çöldə hava soyuq olduqda, evlərdə, ofis və məişət yerlərində isitmə sistemləri və ya kondisionerlər qoşulur. Havanın temperaturunun dəyişkən olması, soyuqlama təhlükəsi olan insanları qalın geyinməyə, bəzilərinin özlərini "bürümələrinə" vadar edir. Bu isə müqavimətin zəifləməsinə gətirib çixardır.

12 Dek 2019
Səhiyyə - Sağlamlıq

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? - FOTO

"Ağızla nəfəs almaq - burunla yemək kimi bir şeydir" - qədim atalar sözüdür.

10 Dek 2019
Səhiyyə - Sağlamlıq

Baş ağrıları haqqında ən vacib məlumatlar – VİDEO

Baş ağrıları kariesdən sonra insanlar arasında ən yayılmış xəstəlik sayılır.

9 Dek 2019
Səhiyyə - Sağlamlıq

Acqarına su içməyin sağlamlığa 10 faydası

İnsan orqanizmi 80% qədər mayedən ibarətdir. Orqanizmdə gedən bütün proseslər məhz maye mühitində baş verir, maye orqanizmin hər hüceyrəsinə daxildir, qan və limfanın əsas hissəsi mayedir.