Buraxılış imtahanlarının nəticələri bir aydan sonra bilinəcək

Buraxılış imtahanlarının nəticələri bir aydan sonra bilinəcək
20 Dek 2016 09:59

9-cu sinif üzrə buraxılış imtahanlarının ilk mərhələsinin nəticələri bir aydan sonra həmin şagirdin şəxsi səhifəsinə yerləşdiriləcək. Burada hətta ekspertlərin rəyləri olacaq.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti tərəfindən yeni təsdiqlənən “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları”na həsr olunmuş konfransda deyib.

M.Abbaszadə bildirib ki, yeni qaydalara görə, imtahan nəticələri yalnız balla yazılacaq:

"Orada şagirdin imtahanda "mənfi" ya "müsbət", "yaxşı" ya "pis" nəticə toplaması yazılmayacaq. İmtahanda hansı nəticə toplamasından asılı olmayaraq, şagird attestat alacaq".

M.Abbaszadə qeyd edib ki, imtahanın nəticələrinə əsasən, şagirdlər orta ixtisas təhsili müəssisələrinə sənəd verə biləcəklər.

Onun sözlərinə görə, buraxılış imtahanının nəticələrinə görə, 1 və 2-ci mərhələdə toplanılan ümumi bal 100 olacaq: "İlk dəfə olduğuna görə hələlik elə bir məhdudiyyət qoymamışıq ki, 1-ci mərhələdə 0 bal toplayan 2-ci mərhələdə iştirak etməsin və yaxud da kolleclərə sənəd verməsin. Şagird 1-ci mərhələdə açıq tapşırıqlara verdiyi cavabla 30, 2-ci mərhələdə ənənəvi qapalı testlərlə 70 bal toplaya bilər. İyunda tədris ili bitdikdən sonra buraxılış imtahanının 2-ci mərhələsi keçiriləcək. İmtahan bitdikdən 2 gün sonra nəticələr açıqlanacaq. Bundan sonra müəyyən olunacaq ki, biz hansı balla şagirdlərin kolleclərə sənəd verməsinə icazə verə bilərik. Amma hətta ola bilsin ki, yaxın bir ay ərzində də bu barədə açıqlama verək. Qaydalar hələ müzakirə olunur".


24 Mar 2023
Cəmiyyət

Bakıda 15 yaşlı qız itkin düşdü

Bakının Sabunçu rayonunda yeniyetmə itkin düşüb.

24 Mar 2023
Cəmiyyət

Azərbaycan ət idxalını 2 % artırıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7 min 322 ton ət idxal edilib.

24 Mar 2023
Cəmiyyət

Azərbaycanda gün ərzində ikinci zəlzələ olub - YENİLƏNİB

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 12:27-də Gədəbəy stansiyasından 37 km şimal-şərqdə, Şəmkir rayonunda zəlzələ qeydə alınıb.

24 Mar 2023
Cəmiyyət

Xankəndi yolunda sülhməramlılarla BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib - YENİLƏNİB + VİDEO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə səkkiz avtomobilin hərəkət etməsinə şərait yaradılıb.