Buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin nəzərinə!

Buraxılış imtahanlarında iştirak etməyən şagirdlərin nəzərinə!
17 2017 13:10

Bu il üzrlü səbəbdən ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, eləcə də 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün imtahanlar aprel ayında keçiriləcək.

Trend-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfansında deyib.

Dövlət İmtahan Mərkəzinin mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsil alanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirdiyini xatırladan M.Abbaszadə qeyd edib ki, I mərhələdə şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə olunur. Bu formada açıq tipli tapşırıqlar ilk dəfə tədbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter arxasında markerlər tərəfindən yoxlanılacaq.

M.Abbaszadə deyib ki, DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri DİM-in Direktor Şurası tərəfindən formlaşdırılacaq:

"Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək, hüquq və vəzifələri izah ediləcək. Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil eksperləri, KİV nümayəndələri anket formasını yükləyərək doldurub press@tqdk.gov.az ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar və başqa ödəniş verilmir".


11 Sent 2026
Cəmiyyət

Diplomatlar Şuşada yeni məscidin tikintisi ilə tanış olublar

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağa səfər çərçivəsində Şuşada yeni məscidin tikintisinin gedişatı ilə tanış olublar.

11 Sent 2026
Cəmiyyət

Dördüncü İqlim Həftəsi başa çatıb

Bakıda Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Dördüncü İqlim Həftəsi öz işinə yekun vurub.

11 Sent 2026
Cəmiyyət

Cəbrayıl Dövlətzadənin doğum günüdür

Bu gün Vətən müharibəsinin ən gənc şəhidlərindən olan Cəbrayıl Dövlətzadənin doğum günüdür.

11 Sent 2026
Cəmiyyət

Xarici diplomatlar Xankəndidəki tikiş fabrikində - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində fəaliyyət göstərən "AzCotton" tikiş fabriki ilə tanış olublar. Diplomatlara bu istehsal müəssisəsinin fəaliyyəti  barədə məlumat verilib.

11 Sent 2026
Cəmiyyət

Hikmət Hacıyevin 600-dən çox bal yığan tələbələrlə söhbəti - Video

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xankəndiyə səfəri çərçivəsində Qarabağ Universitetinin tələbələri ilə görüşüb.