Bugünkü hərracda ən yüksək qiymətə hansı əmlak özəlləşdirilib?

Bugünkü hərracda ən yüksək qiymətə hansı əmlak özəlləşdirilib?
24 2017 12:16

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün növbəti hərrac keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrinin 2-si paytaxtın Nəsimi və Nizami rayonlarında yerləşir. Hərracda ən yüksək qiymətə özəlləşdirilmiş əmlak Bakının Nəsimi rayonunda yerləşən binanın zirzəmi sahəsi olub. Adıçəkilən əmlak 85 min manata özəlləşdirilib.

Hərraca çıxarılan dövlət əmlakları çoxçeşidlidir. Yəni bura nəhəng müəssisələrdən, səhmdar cəmiyyətlərindən tutmuş kiçik obyektlərə və nəqliyyat vasitələrinə kimi müxtəlif əmlaklar daxildir. Belə əmlaklar sahəsi, mövcud vəziyyəti və yerləşdiyi zonadan asılı olaraq müxtəlif start qiyməti ilə təklif olunur. Həm qiymət, həm yerləşmə baxımından paytaxt və ya regionlarda yaşayan və əmlak sahibi olmaq istəyən istənilən vətəndaşa belə əmlaklar əlçatandır. Belə şərtlərlə təklif olunan dövlət əmlakları investorlar üçün münasib yatırım imkanları yaradır.

Digər mühüm amil isə hərracda iştirak prosedurunun və əmlak sahibi olmaq imkanının çox rahat olmasıdır. Yalnız iki sənədin elektron qaydada təqdim edilməsi hərracda iştirak üçün yetərlidir. Hərracda əmlaka yiyələnən istənilən vətəndaş sonradan sahib olduğu əmlakı gəlir mənbəyinə çevirə bilir. Belə əmlaklar biznes qurulması, icarəyə yönəldilməsi və ya digər qanunla icazə verilən məqsədlər üçün istifadə edilməsi üçün çox əlverişlidir.

Hərrac elanları hərrac günündən 1 ay əvvəldən komitənin informasiya resurslarına ictimiyyətə açıqlanır. Belə ki, komitənin “privatization.az” – özəlləşdirmə portalında hərrac tarixinə görə müvafiq səhmdar cəmiyyətləri, kiçik müəssisələr və qeyri-yaşayış sahələri, eləcə də nəqliyyat vasitələri barədə ətraflı məlumatlar yerləşdirilir. İstifadəçi portala daxil olur, ayda 4 dəfə keçirilən hərracların birini seçir (hərrac tarixinə görə). Orada hər bir əmlakın adı, ünvanı, sahəsi (tikili və altındakı torpaq sahəsi) iqtisadi və texniki göstəriciləri, hərracda start qiyməti, əmək kollektivi, yerləşməsini dəqiq göstərən xəritəsi (Google map) və mövcud vəziyyətini əks etdirən fotoları ilə tanış olur. Daha sonra seçdiyi əmlaka həmin səhifədə olan “Sifariş ver” düyməsi vasitəsilə elektron sifariş verir.

Hərracda əldə edilmiş əmlaka çıxarış alınması proseduru da hazırda kifayət qədər yüngülləşib. Belə ki, hərracdan dərhal sonra qısa müddət ərzində əmlak üzərində mülkiyyət hüququnun təsdiqinə dair dövlət reyestrindən çıxarış da verilir. Bundan ötrü vətəndaşın müvafiq quruma müraciət edərək əlavə vaxt itirməsinə ehtiyac qalmır.


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.