Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR / İpoxondriya

Bu fobiyası olanlar, DİQQƏT - Ciddi nevroloji PROBLEMİNİZ VAR / İpoxondriya
05 2018 12:02

Realpress.az istinadla bildirir ki, Psixiatr Orxan Fərəcli Metbuat.az-a açıqlamasında bildirib ki, bu hallar bir çox xəstələrdə, xüsusən də nevroz adamlarda tez-tez görünür:

“Xəstəliyin adı ipoxondriya adlandırılır. Bu insanlar bədənlərində yaranan hər hansı bir ağrıya pis bir xəstəliyin səbəb olduğunu düşünürlər. Bəzən baş ağrısından əziyyət çəkən adam başında şiş olduğunu fikirləşir və internetdə araşdırmağa başlayır. Çox vaxt internetdəki məlumata görə xəstə özünə “Xərçəng” diaqnozunu qoyur. Bəzi insanlar fikirləşdiyi üçün həmin xəstəliyin yarandığını düşünürlər. Amma əslində elə olmur. Düşünüldüyü üçün hansısa xəstəliyin bədəndə yaranması tamamilə təsadüfdür. Bu cür fikirləşən insanlarda çox vaxt heç bir xəstəlik aşkarlanmır. Onun xüsusi bir elmi əsası yoxdur.

Bu, nevroz xəstələrdə hədsiz çox rast gəlinir. Həmin xəstələr bizim yanımıza gələnə kimi çoxlu həkim və xəstəxana gəzirlər. Həmin adam elə fikirləşir ki, özündə hansısa bir xəstəlik var, lakin həkimər aşkarlaya bilmirlər. Bu düşüncə insanın həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edir. İnsan “Xərçəng” olmasa belə “Xərçəng” xəstəsi qədər əziyyət çəkir”.

Nevropatoloq Pərvanə Orucova bununla bağlı Metbuat.az-a açıqlamasında qeyd edib ki, bu, sinir sisteminin həssas olması ilə bağlıdır:

“Bu, insanın sinir sisteminin zəifliyi nəticəsində yaranır. İnsan çox həssasdırsa, onun sinir sistemində zəiflik varsa, özündə xəstəlik axtara bilər. Bu özü ipoxaodrik nevrozdur (xəstəlikdən qorxmaq). Fobiyası olan xəstələrə aiddir”.

Psixoloq Murad İsayev isə əlavə edib ki, bu kimi hallar daha çox fəsil dəyişən zaman müşahidə olunur:

“Nevrozun belə bir forması var - sayrışan hallar nevrozu. Sayrışan hallar nevrozunda insan çox həssas olur. Gün ərzində hansısa bir bir xəstəlik haqqında aldığı məlumat həmin insanda narahatıq yaradır. Məsələn, ürək xəstəliyindən əziyyət çəkdiyini zənn edən insan həkimə müraciət edir. Heç bir xəstəliyin aşkarlanmaması həmin şəxsi müvəqqəti olaraq sakitləşdirir. Bir müddətdən sonra bu proses yenidən başlayır. Aylar, illər ərzində bu hallar davam edir. Həmin insanlar çox həssas olur. Hansısa bir fikir, duyğudan müxtəlif hallara düşə bilərlər. Belə hallar insanda daha çox fəsillər dəyişən zaman aktivləşir. Mart, aprel aylarında belə insanlarda aktivlik müşahidə edirik. Bunun üzərində həm nevroloji, həm də psixoloji terapiya formaları keçmək lazımdır ki, insanın özünə inamı formalaşsın”.



20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.

3 May 2021
Səhiyyə - Sağlamlıq

Türkiyənin müdafiə naziri: “Ermənilərə qarşı soyqırım olmayıb” - VİDEO

İraqın şimalında keçirilən “Pənçə-Şimşək” və “Pənçə-İldırım” əməliyyatları ilə əlaqədar mətbuat nümayəndələri qarşısında çıxış edən Türkiyənin milli müdafiə naziri Hulusi Akar qondarma “erməni soyqırımı”na dair açıqlama verib.

3 May 2021
Səhiyyə - Sağlamlıq

Günümüzün aktuallıqlarından biri: Dispepsiya

Həzm pozğunluğu və ya dispepsiya moderin dövrümüzdə olduqca geniş yayılmış şikayətlərindəndir.

29 Apr 2021
Səhiyyə - Sağlamlıq

VICHY və Aptekonline.az-dan HƏDİYYƏLİ kampaniya!

30 aprel-2 may tarixlərində, aptekonline.az-dan 1 ədəd VICHY NEOVADIOL məhsulunun sifarişi zamanı - VICHY Neovadiol gecə kremi HƏDİYYƏ!