Bu məhsula görə gömrük rüsumu ödəniləcək

Bu məhsula görə gömrük rüsumu ödəniləcək
13 2017 10:18

Bu gündən Azərbaycandan ixrac edilən saflaşdırılmış mis və mis ərintiləri gömrük rüsumuna cəlb ediləcək.

REALPRESS.Az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin 12 yanvar 2017-ci ildə dərc edilən və bu gün qüvvəyə minən “Azərbaycan Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri”nə etdiyi dəyişikliklərdə əksini tapıb.

Qərar dərc edildiyi gündən 30 gün sonra, fevralın 12-də qüvvəyə minir. Dəyişikliyə əsasən Azərbaycandan ixrac edilən saflaşdırılmış misdən məftil və prokat hazırlanması üçün biçmələr, digər saflaşdırılmış mis, mis əsasında liqaturalar, saflaşdırılmış misdən çubuqlar və profillər, digər mis ərintilərindən çubuqlar və profillər gömrük dəyərlərinin 10 faizi, lakin 1000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac rüsum dərəcəsinə cəlb ediləcək.

Qərar 5 il müddətində qüvvədədir.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.