Bu il dövlət hesabına 1000-dək xəstə üzərində açıq və qapalı ürək əməliyyatları icra olunub

Bu il dövlət hesabına 1000-dək xəstə üzərində açıq və qapalı ürək əməliyyatları icra olunub
31 Dek 2016 21:26

Son 2 il ərzində Səhiyyə Nazirliyi nəzdində “Viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə xüsusi Komissiya” fəaliyyət göstərir. Komissiyaya müraciət edən bütün xəstələr müayinə edilərək müvafiq təyinat alıblar. Hazırda 4122 belə xəstə dövlət hesabına uzunmüddətli müalicə kursu alır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclasında qurumun tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov deyib.

Şöbə müdiri bildirib ki, yalnız 2016-cı ildə dövlət hesabına 956 xəstə üzərində 865 acıq, 91 qapalı ürək əməliyyatı icra olunub. Eyni zamanda, 265 uşaq üzərində 219 acıq, 46 qapalı kardiocərrahiyyə əməliyyatı aparılıb. Bunlardan 104-ü bir yaşa qədər, ən kiçiyi isə ikiaylıq olub.

İclasda, həmçinin il ərzində Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 38 uşaqda uğurla koxlear implantasiya əməliyyatının aparıldığı da qeyd olunub.


8 Apr 2021
Səhiyyə - Sağlamlıq

Qurmanların dadlı yeməyi - əsl xəzinədır

Yaz - hər bir insanın həyatında xüsusi bir dövrdür - orqanizmin özünü aktiv şəkildə yenilədiyi və bərpa etdiyi dövr.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

400 nəfərədək əhali səyyar formada tibbi müayinə ediləcək - FOTO

Daşkəsən rayonunun Quşçu kəndində səyyar müayinə aksiyasına start verilib.

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Səhiyyə Nazirliyinin səlahiyyətləri TƏBİB-ə verilir

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyətlər verilir.  

7 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sistitin yaranma səbəbi nə ola bilər, bundan necə qorunmaq olar?

Sidiyə getmə zamanı yaranan problemlər insanda böyük psixoloji diskomfort yaradır. Belə hallar ağir sayılmır, amma yumşaq desək xoşagəlməzdir. Tez-tez və çətin sidiyə getmə, sidik kisəsinin tam boşalmaması hissi, sidiyi saxlaya bilməmək – bu həmişə yaşlılara aid bir hal deyil, həm qadınların həm də kişilərın həyatının müxtəlif dövrlərində yarana bilər. Bu problemdən heç kim sığortalanmayıb. Bu əlamətlər sistit zamanı yaranır.

2 Apr 2021
Səhiyyə - Sağlamlıq

Sağlam bir həyat üçün bədəninizi vitaminsiz qoymayın!

Biz sağlamlığımızı nədən itiririk? Pis ekoloji durum, bakteriya və virus infeksiyalarının artması, təmiz havada az olmaq, fiziki aktivliyin azalması, passiv həyat tərzi, oturaq iş rejimi, günəş və təbii su vannalarından az qəbul edilməsi, keyfiyyəti qənaətbəxş olmayan ərzaqlardan istifadə, həddən çox yemək, balanslaşdırılmamış və rejimsiz qida qəbulu, xüsusilə gecə saatlarında, zərərli vərdişlər (alkoqol, siqaret və s.), nəzarətsiz antibiotik qəbulu, stress, yorğunluq, psixi və emosional gərginlik və s. immuniteti azaldan səbəblərdir.