Bu il Respublika Talassemiya Mərkəzində 276 nəfər dispanser qeydiyyatına götürülüb

Bu il Respublika Talassemiya Mərkəzində 276 nəfər dispanser qeydiyyatına götürülüb
14 Dek 2016 16:10

Dekabrın 14-də Respublika Talassemiya Mərkəzində ilin yekunlarına dair hesabat tədbiri keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, talassemiya xəstəliyi geniş yayılmış problemlərdən biridir. Məhz bu səbəbdən xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqət mərkəzindədir.

Tədbirdə bildirilib ki, “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsinə, həmçinin, perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına yönəlib. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkənlərə lazımi müayinə və müalicə yüksək səviyyədə aparılır.

Hazırda Mərkəzdə dispanser qeydiyyatında olan 2862 xəstə müvafiq müalicə alır və dərman preparatları ilə təmin olunur. Bu il ərzində Respublika Talassemiya Mərkəzinə 21009 müraciət olunub. Bunlardan 2749 ilkin müraciət etmiş şəxslərin 276 nəfəri dispanser qeydiyyatına götürülüb. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatında olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Mərkəzin Hematologiya şöbəsində il ərzində 489 xəstə stasionar müalicə alıb.

2014-cü ildən fəaliyyətə başlayan sümük iliyi transplantasiyası şöbəsində 2016-cı ildə 17 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilib. Ümumilikdə 2014-cü ildən indiyədək 42 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Cari ilin aprel ayında Avropa Sümük İliyi Transplantasiyası Birliyinin (EBMT) Valensiya şəhərində keçirilən iclasında Respublika Talassemiya Mərkəzi bu beynəlxalq təşkilata üzv seçilib.

Mərkəzin ümumi laboratoriyasında il ərzində 17500 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 217 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb. 2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. 2016-cı il ərzində 134656 nəfər müayinədən keçib. 4358 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 32 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərə də müvafiq məsləhətlər verilib.

Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır.


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.