2016-cı il dekabrın 13-dən 14-nə keçən gecə cari ildə üçüncü və sonuncu dəfə Ayın superbədirlənməsi hadisəsini müşahidə etmək mümkün olacaq. Bu zaman Ay o qədər parlaq olacaq ki, həmin dövrdə Yerə doğru hərəkət edən Heminid meteor axını “kölgədə qalacaq”.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu məlumat ABŞ Milli Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında dərc edilib.
NASA-nın məlumatında deyilir: “Dekabrın 14-də Ayın superbədirlənməsi bir sıra səbəblərə görə əlamətdardır: o, Heminid meteor axınını görünməz edəcək. Parlaq Ay meteorların görünmə dərəcəsini 5-10 dəfə azaldacaq, adətən fantastik təsir bağışlayan Heminidlərin görkəmi ikinci dərəcəli astronomik hadisələr sırasına keçəcək. Meteor axınının pik dövründə bu hadisəni müşahidə edənlər bir saat ərzində 12 Heminid görə biləcəklər”.
Ayın superbədirlənməsi hadisəsi onunla əlaqədardır ki, bədirlənmiş Ay elliptik orbit boyunca hərəkət edərək Yerə maksimum yaxınlaşır. Yerdəki müşahidəçi üçün Ay bizim planetdən maksimal məsafədə göründüyü ilə müqayisədə 14 faiz böyük ölçülü və 30 faiz parlaq cisim kimi təsir bağışlayacaq.
Heminidlər çox güclü meteor axınıdır. Astronomlar bu ulduz axınını hər il noyabrın axırlarında – dekabrın əvvəlində qeydə alırlar.
Onu da qeyd edək ki, 2016-cı ildə Yer sakinləri Ayın superbədirlənməsi hadisəsini iki dəfə - oktyabrın 16-da və noyabrın 14-də müşahidə ediblər. 2017-ci ildə isə oxşar hadisə yalnız bir dəfə - dekabrın 3-də gözlənilir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Səfəralı Alverdi (Allahverdi) oğlu Səfərov dəfn edilib.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev sosial şəbəkə hesablarında Ağdam rayonunun yenidən qurulan Eyvazxanbəyli kəndinin layihə görüntülərini paylaşıb.