Britaniya ekspertləri uşaqların “təhlükəli” internetdən qorunması yollarını müəyyənləşdiriblər

Britaniya ekspertləri uşaqların “təhlükəli” internetdən qorunması yollarını müəyyənləşdiriblər
01 2017 17:31

Valideynlər uşaqlarda internetdən asılılığın yaranmasına görə narahatdırlar. Lakin bununla belə, onların əksəriyyəti uşaqlarının virtual reallıqdakı həyatından indiyədək xəbərsizdirlər.

Britaniya ekspertləri valideynlərə uşaqları internet mühitindəki təhlükələrdən qorumaq üçün sadə məsləhətlər veriblər:

Valideynlər ailə ilə şam yeməyi və ya ünsiyyət zamanı smartfon və sosial şəbəkələrdən istifadəni məhdudlaşdırmaqla müsbət nümunə göstərməlidirlər.

Uşaqla internetdə təhlükəsizlik mövzusunda tez-tez söhbət etmək vacibdir. Məsələn, izah etmək olar ki, yad insanlar tərəfindən göndərilən elektron məktubları açmaq lazım deyil.

Sosial şəbəkələrdə saxta profillərin olduğu ilə bağlı xəbərdarlıq etmək və uşağı yad insanlardan gələn “dostlara əlavə et” sorğularını qəbul etməməyə inandırmaq lazımdır.

Kompüterləri idarə etməyə imkan verən müvafiq antivirus proqram təminatını quraşdırmaqla evdə internet şəbəkəsini nəzarət altına almaq zəruridir.

AZƏRTAC irnet.ru saytına istinadla xəbər verir ki, bu məsləhətlər Böyük Britaniyada min valideyn arasında aparılan sorğudan sonra dərc edilib. Sorğu nəticəsində məlum olub ki, onların 40 faizi uşaqlarının internetdəki həyatından xəbərdardır. Valideynlərin 29 faizi məsələyə laqeydlik nümayiş etdirib. Onların üçdəbiri isə uşaqları internetdəki təhlükələrdən qorumaq üçün daha sadə üsul meydana çıxarsa, uşaqlarının online fəaliyyətinə nəzarət etməyə hazır olduqlarını bildiriblər.

Valideynlərin 42 faizi internetdən istifadəni yalnız yatan zaman məhdudlaşdırmağa hazırdır. Onların 28 faizi təhlükəsizlik qaydalarına tam riayət edildikdə internetdən istifadəyə icazə verirlər.


18 Mar 2022
İT

Rusiyada vatsap bloklana bilər

Vatsapın rusiyalı istifadəçiləri messencerin iş keyfiyyətindən şikayətlənirlər.

11 Mar 2022
İT

Rusiyada "Instagram" bağlana bilər

Rusiya Baş Prokurorluğu Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmətindən “Instagram”a məhdudiyyət qoyulmasını tələb edib.

2 Mar 2022
İT

Niyə məhz “Apple” brendinin M1 çipi ilə təchiz edilmiş “MacBook Air” notbuku? – FOTO

Notbuk seçərkən çoxsaylı modellər arasında başını itirə bilərsən. Bu halda “Apple” brendi işimizi xeyli asanlaşdırır. Belə ki, bu şirkət kəmiyyətə deyil, keyfiyyətə üstünlük verir, buna görə də onun notbukları lakonikliyi və rahatlığı ilə seçilir. 

5 Fev 2022
İT

Almaniya teleqramı 55 milyon avro cərimələyə bilər

Almaniya hökuməti teleqram messencerini 55 milyon avro cərimələyə bilər.

4 Fev 2022
İT

Milçəkdən ilhamlanan alimlər yeni tip həşərat-robot hazırlayıblar - VİDEO

Bristol Universitetinin mühəndisləri yeni tip qanad çırpan mikrorobotlar hazırlayıblar.