Britaniya alimləri dişləri plombsuz müalicə etmək üsulunu tapıblar

Britaniya alimləri dişləri plombsuz müalicə etmək üsulunu tapıblar
10 2017 13:31

Britaniya alimləri bildirirlər ki, zədələnmiş dişləri plombsuz bərpa etmək mümkündür.

AZƏRTAC “bbc.com” saytına istinadla xəbər verir ki, London Kral Kollecindən bir qrup alimin fikrincə, “Tideglusib” adlı kimyəvi maddə siçanlarda olan diş pulpası hüceyrələrini dişdəki kiçik deşiyi sağaltmağa yönəldə bilər. Bu üsul “tam və səmərəli təbii yolla bərpa olunmağa” gətirib çıxaracaq.

Dişlərdə regenerasiya qabiliyyəti çox məhduddur. Əgər daxili diş pulpası dağılarsa, insan orqanizmi sərt diş toxuması olan dentinin nazik təbəqəsini əmələ gətirməyə qadirdir, lakin böyük zədələr bu yolla sağalmır.

Stomatoloqlar kariyesi adətən metal amalqamadan olan plombun və ya tozabənzər şüşə və keramika kompozitinin köməyilə müalicə edirlər. Lakin plombları müntəzəm dəyişmək lazımdır. Odur ki, tədqiqatçılar dişlərin təbii regenerativ qabiliyyətini gücləndirməyə ümid bəsləyirlər.

Alimlər bildirirlər ki, “Tideglusib” preparatı diş pulpasında gövdə hüceyrələrinin fəallığını artırır ki, bu da siçanların dişində 0,13 millimetr diametrində deşiyi bərpa etməyə imkan verir. Dişin zədələnmiş hissəsinə preparata hopdurulmuş bioloji üsulla həll olan süngər yerləşdirilib və üstü qoruyucu maddə ilə örtülüb. Süngər parçalanandan sonra onu dentin əvəz edib və diş sağalıb.

Hazırda tədqiqatçılar bu yolla daha böyük zədəsi olan dişi bərpa etməyin mümkünlüyünü araşdırırlar.


13 Dek 2024
Səhiyyə - Sağlamlıq

Qripi özümüzdən uzaq tutaq!

Payızda havaların soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır.

8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.