Brayza: Türkiyə və Aİ bu vəziyyəti həll etməli və möhkəm işgüzar münasibətləri bərpa etməlidirlər

Brayza: Türkiyə və Aİ bu vəziyyəti həll etməli və möhkəm işgüzar münasibətləri bərpa etməlidirlər
13 2017 09:56

NATO üzvü olan ölkənin xarici işlər naziri NATO üzvü olan digər müttəfiq ölkənin hökümətindən bu ölkəyə girmək üçün icazə almalı olduğu faktını Ankara üçün anlamaq mürəkkəbdir.

Bunu Trend-ə ABŞ dövlət katibinin avropa və avrasiya məsələləri üzrə sabiq köməkçisi Metyu Brayza deyib.

Onun sözlərinə görə, Türkiyənin yüksək vəzifəli məmurlar hesab edirlər ki, bu, Avropada antitürk və antiislam əhval-ruhiyyəsinin daha bir nümunəsidir.

M. Brayza bildirib: "Həqiqətən, bu hadisə xüsusilə həssas məqamda baş verir, Niderlandda qarşıdan gələn seçkiləri nəzərə alaraq, orada ekstremist lider Gert Vilders, islamofobiyanın gücləndirmək və daha çox səs toplamaq üçün bu hadisəni istifadə edir".

Onun sözlərinə görə, bu, Türkiyədə qarşıdan gələn konstitusiya referendumuna görə də həssas məqamdır. "Niderlandda və Almaniyada bir çox adamlar çətinliklə başa düşürlər ki, nəyə görə Türkiyə və ya hər hansı digər ölkənin liderləri Almaniya və Niderland vətəndaşları ilə eyni hüquqa malik olmalıdırlar və bu ölkələrdə siyasi mitinqlər keçirməlidirlər", - Brayza deyib.

Onun sözlərinə görə, Türkiyə və Aİ rəhbərləri bu vəziyyəti həll etməli və möhkəm işgüzar münasibətləri bərpa etməlidirlər.

"Hər halda, bu disput, çox güman ki, prezident Ərdoğana aprelin 16-da keçiriləcək referendumda daha çox səs verəcək, çünki indi, həm Türkiyədə, həm də Avropada yaşayan bir çox türklər Türkiyə və İslama qarşı ayrı-seçkiliyin qurbanı olduqlarını düşünəcəklər. Bu da güclü milli lider arzusuna gətirib çıxaracaq", - Brayza deyib.

Dünən Niderland hakimiyyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və Türkiyənin ailə və sosial siyasət işləri üzrə naziri Fatma Betül Sayan Kayanın Rotterdam şəhərində bu ölkənin türk icması ilə görüşdə iştirak etmək üçün ölkəyə gəlişinə icazə verməyib.


18 Mar 2023
Dünya

Bakı və Siyəzəndə qumbaralar tapıldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub.

18 Mar 2023
Dünya

Kahramanmaraşda zəlzələ: Ətraf vilayətlərdə də hiss olundu

Türkiyənin Kahramanmaraş şəhərinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Zəlzələ ətraf vilayətlərdə də hiss olunub.

18 Mar 2023
Dünya

Hindistan rusiyalıların ölkədə qalma müddətini məhdudlaşdırıb

Hindistan elektron turist vizaları üzrə rusiyalıların ölkədə qalma qaydalarını yeniləyib.

18 Mar 2023
Dünya

Türkiyədə zəlzələ baş verən ərazilərdə əhaliyə xəbərdarlıq edildi

Türkiyədə güclü zəlzələlərin baş verdiyi bölgədə bu gün başlayacaq, göy gurultusu ilə müşayiət olunacaq leysan yağışların axşam saatlarından sonra təsirini artırması gözlənilir.