Böyük Britanıya vətəndaşı “hər şeyə malik insanlara” butulkası 247 dollardan İsveçrənin dağ havasını satır.
AZƏRTAC RİA Novosti xəbər agentliyinə istinadla xəbər verir ki, İsveçrənin Basel vilayətində yaşayan ingilis Djon Qrin “həqiqi dağ havası” satışı biznesinə başlayıb. Hava ilə doldurulmuş yarım litrlik butulkanın qiyməti 97 dollar, bir litrlik butulkanın qiyməti 167 dollar, 3 litrlik butulkanın qiyməti isə 247 dollardır.
Djon Drin bu qeyri-adi biznesindən əldə etdiyi gəlirin 25 faizini World Vision xeyriyyə təşkilatının hesabına köçürür. Butulkalar orijinallıq sertifikatı və GPS-koordinatı ilə təchiz olunub.
Berlində ibtidai məktəbdə naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 44 uşaq zərər çəkib.
Hindistanın Tamil Nadu ştatında baş verən güclü fırtına nəticəsində 3 nəfər həlak olub, onlarla insan yaralanıb.
Bernar Kventin Belçikanın yeni xarici işlər, Avropa məsələləri və xarici ticarət naziri təyin edilib.