Bolqarıstanın nüfuzlu qəzetində Prezident İlham Əliyevin məqaləsi dərc olunub

Bolqarıstanın nüfuzlu qəzetində Prezident İlham Əliyevin məqaləsi dərc olunub
18 2017 10:35

Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanda geniş oxuyucu auditoriyasına malik və nüfuzlu qəzetlərdən biri olan “24 часа” qəzetinin 16 yanvar 2017-cı il tarixli buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forum üçün nəzərdə tutulmuş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlar barədə bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur.

Məqalədə, həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları qeyd olunur, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.

Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan “Media Group Bulgaria” tərəfindən 1991-ci ildən bolqar dilində nəşr olunan “24 часа” gündəlik qəzeti həftə içi 52 200 nüsxə, həftə sonu isə 97 820 nüsxə tirajla bütün Bolqarıstanda yayılır.


22 Sent 2023
Siyasət

Hikmət Hacıyev: “Azərbaycan yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə hazırdır”

“Azərbaycanın mərkəzi hakimiyyəti yaralı erməni əsgərlərinə tibbi yardım göstərməyə və ya bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə etməyə hazırdır”.

22 Sent 2023
Siyasət

Azərbaycan və Türkiyə hərbi hüquqşünaslarının görüşü keçirilib

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq planına əsasən, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hərbi hüquq ixtisası üzrə ekspertlərin görüşü keçirilib.

22 Sent 2023
Siyasət

Bu günə olan valyuta məzənnələri

Azərbaycan Mərkəzi Bankı 22 sentyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

22 Sent 2023
Siyasət

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysı qəbul edib.

22 Sent 2023
Siyasət

Ermənilərin Şuşanın girişində quraşdırdıqları tank söküldü - YENİLƏNİB + VİDEO

Erməni işğalçıların vaxtilə Şuşanın girişində quraşdırdıqları tankın sökülməsinin kadrları yayılıb.