ABŞ-ın Boeinq korporasiyasının ölkə xaricində ilk zavodunun tikintisi martın sonlarında Çində başlayacaq. Dar füzelyajlı reaktiv Boeinq 737 təyyarələrinin yekun yığım mərkəzi Çjouşan (Çjetszyan vilayəti) şəhərində tikiləcək.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, ilk təyyarə sifarişçiyə 2018-ci ilin sonlarında təhvil veriləcək. Müəssisənin illik istehsal gücü 100-dək layner olmalıdır. Bunun sayəsində mərkəzdə iki minə yaxın yeni iş yeri yaranacaq.
Çjetszyan vilayətinin hakimiyyət orqanları ilə korporasiya arasında müvafiq müqavilə ötən ilin oktyabrında imzalanmış, mərkəzin açılması planı isə 2015-ci ildə elan olunmuşdu.
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 4 gündür davam edən meşə yanğını nəzarətə alınıb.
“Biz qəti surətdə öz seçimimizlə bağlı qərar verdik: Ukrayna gələcəkdə Avropa İttifaqının (Aİ) və Avropa cəmiyyətinin tamhüquqlu üzvü olacaq”.
“Ukrayna və Moldova Avropa İttifaqına üzvlüyə namizəd statusunu həvəsləndirici hədiyyə kimi əldə edib”.