Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi

Binəqədi rayonunda “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi
10 Okt 2016 00:00

17 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətinin,  YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə Bakı Atıcılıq Mərkəzində dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünə həsr olunmuş “Müstəqilliyim, mənim yaşıdım” adlı bayram tədbiri keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı, Madər Musayev, Kamaləddin Qafarov, Kamran Bayramov, Musa Qasımlı, Sevinc Fətəliyeva, Rayon İcra Hakimiyyətinin Aparatı, rayon İctimaiyyəti, ziyallılar, YAP-nın fəalları və gənclər iştirak etdilər.

Tədbir 25 illik tarixə malik olan müstəqil Azərbaycanın dövlətçilik tarixini əks etdirən  qədim bayraqların sərgisi ilə başladı. Qonaqlar daha sonra 25 il ərzində dövlətimizin əldə etdiyi uğurları özündə əks etdirən sərgiyə baxış keçirdi. Mədəniyyət və multikulturalizm, təhsil, səhiyyə, iqtisadiyyat, informasiya-kommunikasiya texnologiyaları, müdafiə sənayesi, kənd təsərrüfatı, gənclər və idman sahələrini, eləcə də dünyada Azərbaycan brendi olan və müstəqilliyimizin ən böyük nailiyyətlərindən biri olan ASAN Xidmətin fəaliyyətini geniş əhatə edən pavilyonlarla tanışlıq zamanı qonaqlara 25 il müstəqillik dövrü ərzində əldə olunan nailiyyətlər barədə ayrı-ayrılıqda müfəssəl məlumat verildi.    

Tədbirdə ilk olaraq bayram təbriki ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri  Mübariz Qurbanlı çıxış etdi. Komitə sədri bildirdi ki,  Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşdi. Lakin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində biz bu müstəqilliyi qoruyub saxlaya bildik. Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Bunun nəticəsidir ki, Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.

Sonra Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov dövlət müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini ifadə etdi. Xaləddin İsgəndərov Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilən məqsədyönlü və ən əsası dövlətin və xalqın maraqlarına söykənən siyasət nəticəsində reallaşdırıldığı vurğuladı. Qeyd etdi ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Bu gün də müstəqilliyimiz ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev tərəfindən qorunub saxlanılır.

Bayram təbriklərindən sonra müxtəlif sahələrdə rayonun ictimai-siyasi proseslərində fəaliyyətləri ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olundu.

Tədbir çay süfrəsi ətrafında rayonun yaradıcı kollektivlərinin ifasında bayram konserti ilə davam etdirildi.   


Tags

# kəmaləddin qafarov, kamaləddin qafarov, qafurov, kemaleddin qafarov, deputat, milli məclis, milli meclis


19 İyun 2017

Gürcüstandan ölkəyə avtomobil idxalı iki dəfə artıb

Bu ilin yanvar-may aylarında Gürcüstandan Azərbaycana 14 mln. 406,5 min ABŞ dolları dəyərində 556 ədəd avtomobil gətirilib. Oxu.Az apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Statistika Xidməti məlumat yayıb. Ölkəyə gətirilən avtomobillərin sayı ötən ilin 5 ayı ilə müqayisədə 336 ədəd və ya 2,53 dəfə çoxdur. Məbləğ baxımından isə bu rəqəm 7 mln. 311,2 min dollar və ya 2,03 dəfə çoxdur. 2016-cı ilin 5 ayında Gürcüstandan Azərbaycana 7 mln. 095,3 min dollar məbləğində 220 ədəd avtomobil gətirilib. Qeyd edək ki, bu ilin beş ayında ümumilikdə ölkəyə 2 657 ədəd avtomobil idxal olunub. Bunun da 2 240 ədədi minik avtomobili və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Avtomobil idxalı 19 faiz artıb

8 May 2017

Yeni qanun - Yaşıl Pasport

Azərbaycanda prezidentin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşları diplomatik pasportla təmin olunacaqlar. Enter.News -un məlumatına görə, bununla bağlı “Pasportlar haqqında” qanunun 6-cı (Diplomatik pasport) maddəsinə əlavələr təklif edilir. Təklif olunan əlavələrə əsasən, Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Prezidentinin fəaliyyətini bilavasitə təmin edən orqanların əməkdaşlarına da diplomatik pasport verəcək. Layihə plenar iclasa tövsiyə olunub və mayın 16-da müzakirəyə çıxarılacaq.

1 Fev 2017

Kamaləddin Qafarov : Azərbaycanın səhiyyə üzrə milli strategiyasında onkologiyanın inkişaf dinamikası

Azərbaycanın səhiyyə, tibb elmi və təhsili sisteminin bugünkü inkişafının ən mühüm mərhələləri bilavasitə xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Azərbaycan xalqının tibbi təminatını daim diqqət mərkəzində saxlamış və ölkəmizdə səhiyyə sisteminin müntəzəm olaraq yaxşılaşması üçün böyük işlər görmüşdür.

12 Dek 2016

Kamaləddin Qafarov çıxışında Heydər Əliyevlə bağlı şahidi olduğu xatirəsini bölüşdü

10 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

12 Dek 2016

Binəqədidə Ümummilli Liderin xatirəsi anılıb FOTOLAR

Bu gün Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.