Binəqədi İcra Hakimiyyətində məcburi köçkünlərlə bağlı müşavirə keçirilib

Binəqədi İcra Hakimiyyətində məcburi köçkünlərlə bağlı müşavirə keçirilib
25 2017 17:38

Bu gün Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun sədrliyi ilə Azərbaycan Prezidentinin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 23 yanvar 2017-ci il tarixli Fərmanının icrası ilə əlaqədar müşavirə keçirilib.

Müşavirədə “Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru Toğrul Rəhimov, Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov, Rayon Prokuroru Nazim İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Azər Məmmədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun müdiri Abuş Məmmədov və Binəqədi Enerji Təhcizatı və Satışı İdarəsinin rəisi Azad Mustafayev iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin mahiyyəti barədə məlumat verib.

Sonra “Azərişıq” ASC-nin İnkişaf və İnvestisiya Departamentinin direktoru T.Rəhimov çıxış edərək, Fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar “Azərişıq” ASC tərəfindən görülən hazırlıq işləri və görüləsi işlər barədə ətraflı məlumat verib. Daha sonra T.Rəhimov görüləcək işlərdə Rayon İcra Hakimiyyətinin, eləcə də müvafiq strukturların köməyinə ehtiyac olduğunu vurğulayaraq, məsələnin həllinə operativ yanaşdıqlarına görə rayonun rəhbər strukturlarına təşəkkürünü bildirib.

Müzakirələrdə Binəqədi Rayon Polis İdarəsinin rəisi N.İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektorunun müdiri A.Məmmədov iştirak edərək, öz təklif və fikirlərini bildiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı X.İsgəndərov müşavirəyə yekun vuraraq, Fərmanının icrası ilə əlaqədar yerlərdə əhali arasında izahat və maarifləndirmə işləri aparmaq və görüləcək işlərin operativliyini təmin etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə xüsusi işçi qrupunun yaradılması, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri arasında ərazilər üzrə bölgü aparılması barədə, habelə müzakirə olunan digər məsələlərlə əlaqədar aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.


19 May 2026
Cəmiyyət

Birinci sinfə qəbulu prosesi tamamlandı

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

19 May 2026
Cəmiyyət

Bakıda KANAT YOLU da çəkiləcək

"Bakıda yaxın perspektivdə yeni nəqliyyat növlərinin, o cümlədən kanat yolu və tramvay xətlərinin yaradılması nəzərdə tutulur".

19 May 2026
Cəmiyyət

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər və ya 0,1 faiz artaraq 2026-cı il aprel ayının 1-i vəziyyətinə 10268165 nəfərə çatıb.

19 May 2026
Cəmiyyət

Gələn həftə 5 gün EVDƏYİK

Azərbaycanda gələn həftə uzunmüddətli istirahət günləri olacaq.

19 May 2026
Cəmiyyət

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən mayın 20-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.