Binə qəsəbəsindən Mərdəkana, eyni zamanda Buzovna Zağulba istiqamətində sürət həddi bütün zolaqlar üzrə endirilərək saatda 60 kilometr müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.
O bildirib ki, buna səbəb qeyd edilən avtomagistralda yolun hərəkət hissəsinin qarla örtülməsidir.
Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi fəaliyyətə başlayıb.
Avqustun 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.