Bəzi müəllimlərin maaşı 2 dəfə artırılıb

Bəzi müəllimlərin maaşı 2 dəfə artırılıb
09 2017 11:45

Yanvarın 1-dən Azərbaycanda 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb.

REALPRESS.Az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilməsən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunur. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70%-ni əhatə edəcək. Qalan müəllimlərin isə 2017-ci ildə diaqnostik qiymətləndirilməsinin keçirilməsi və 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaq.


4 Dek 2023
Cəmiyyət

Zakir Həsənov Misirdə səfərdədir

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Misir Ərəb Respublikasının müdafiə nazirinin dəvəti ilə "EDEX 2023" sərgisində iştirak etmək üçün bu ölkədə səfərdədir.

4 Dek 2023
Cəmiyyət

Ağalı kəndində yaşıllaşdırma işi həyata keçirilib

Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin təşəbbüsü ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası məqsədilə “Yaşıl həyat” layihəsinin icrası həyata keçirilib.

4 Dek 2023
Cəmiyyət

“Prezident Heydər Əliyev” tankeri təmirdən sonra istismara qaytarılıb

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasına məxsus “Prezident Heydər Əliyev” tankeri təmir olunaraq istismara qaytarılıb.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda payız əkin mövsümü başlayandan 785 mindən artıq ağac əkilib

Azərbaycanda payız əkin mövsümü başlayandan bu günədək 785 mindən artıq ağac əkilib.

4 Dek 2023
Cəmiyyət

Azərbaycanda qazlaşdırma səviyyəsi açıqlanıb

Bu il iyulun 1-nə Azərbaycanda qazlaşdırma səviyyəsi 96,34 % təşkil edib.