Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı tədbir keçirilib

Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı tədbir keçirilib
16 2017 09:13

Fevralın 15-də paytaxtın “28 Mall” ticarət mərkəzində Beynəlxalq Uşaq Onkoloji Xəstəlikləri ilə Mübarizə Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin nəzdində fəaliyyət göstərən Uşaq Onkoloji Klinikasının şöbə müdiri Reyman İsmayılzadə bu tibb müəssisəsinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, ötən ilin statistik məlumatlarına əsasən, ölkədə bu xəstəlikdən əziyyət çəkən uşaqların əksəriyyəti sağalıb, yalnız bir ölüm hadisəsi qeydə alınıb.

Uşaqlarda mövcud onkoloji xəstəliklər bütün bədxassəli şişlərin 1-1.5 faizini təşkil edir. Böyüklərə nisbətən uşaqlarda bu xəstəlik çox fərqlidir və onların əsas hissəsini embrional şişlər təşkil edir.

R.İsmayılzadə onu da qeyd edib ki, klinika 2012-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın və Milli Onkologiya Mərkəzinin Baş direktoru, akademik Cəmil Əliyevin təşəbbüsü ilə yaradılıb.

Tədbir çərçivəsində klinikanın əməkdaşları və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının tələbələri ticarət mərkəzinə gələn vətəndaşlara maarifləndirici bukletlər paylayıblar.







8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.