Bu il fevralın 7-də Beynəlxalq Təhlükəsiz İnternet Günü “Dəyişin: daha yaxşı internet üçün birləşin” şüarı altında keçiriləcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu tərəfindən bu günlə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, həmin gün mediada maarifləndirmə işləri aparılacaq, xüsusi televiziya proqramları, uşaqlar üçün yarışlar, bu sahə üzrə mütəxəssislərlə görüşlər keçiriləcək, online təhlükəsizlik sahəsində əldə olunan araşdırmaların nəticələri nəşr ediləcək və s.
Qeyd edək ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü Avropa Təhlükəsiz İnternet Mərkəzləri Şəbəkəsi "INSAFE" tərəfindən 2004-cü ildə təsis olunub və hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir. Məqsəd bütün dünyada gənclər və uşaqlar arasında internetdən təhlükəsiz istifadəni təbliğ etmək, xüsusən də gələcək nəsilləri qlobal şəbəkədəki mövcud təhdidlərlə bağlı məlumatlandırmaqla sahə üzrə maarifləndirməni həyata keçirməkdir. Bu beynəlxalq tarix Azərbaycanda 2010-cu ildən qeyd olunur.
Müdafiə Nazirliyinin dekabrın 9-da keçirilən kollegiya iclasında azad edilmiş ərazilərdə görülən mühəndis tədbirləri barədə məruzələr dinlənilib.
“Miçaunq” qasırğası Hindistanın cənub-şərqində ən az 24 nəfərin həyatına son qoyub.