Almaniyanın paytaxtı qarşısına iddialı məqsəd qoyub: 2050-ci ilə qədər şəhər təsərrüfatında karbon qazı tullantılarını sıfıra endirmək. Şəhər nəqliyyatının elektrikləşdirilməsi bu planın tərkib hissələrindən biridir.
Elektrik mühərriki ilə işləyən avtobuslar geniş miqyasda tətbiq olunmağa hələlik hazır deyil ( akkumulyatorun bir dəfə doldurulması cəmi 18 kilometr məsafəyə kifayət edir). Berlində keçid dövrünün texnologiyası kimi, maye qazla işləyən yeni nəsil avtobuslar test edilir. Sərəncamında yerüstü nəqliyyat və metro olan Berlin şəhər nəqliyyatı müəssisəsinin – BVG-nin parlaq sarı firma rəngində avtobusu görünüşünə görə ən adi şəhər avtobusuna bənzəyir, amma əslində, işlək qabaqcıl ekoloji texnologiyadır.
“Daimler” şirkətinin yaxın aylarda Berlin küçələrində sınaqdan keçiriləcək “Citaro NGT” markalı 12 metrlik yeni şəhər avtobusu maye qazla işləyən 4 modeldən birincisidir. Almaniyanın “Daimler” və MAN, İsveçin “Scania” və Polşanın “Solaris” şirkətlərinin pulsuz təqdim etdikləri hər bir model düz 2 həftə ərzində 140 nömrəli şəhər marşrutunda işləyəcək.
“Hazırki vəziyyət soyuq müharibə dövründəkindən daha təhlükəli görünür”.
ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak yaxın vaxtlarda ABŞ və Ukrayna prezidentləri Cozef Bayden və Volodimir Zelenski arasında danışığın təşkilini zəruri hesab edirlər.
ABŞ tərəfindən Əfqanıstanda keçirilən antiterror əməliyyatı nəticəsində “Əl-Qaidə” terror təşkilatının başçısı Ayman əl-Zəvahiri öldürülüb.