Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarını açıqladı

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ilin yekunlarını açıqladı
16 2017 10:46

Bu gün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, 2016-cı il ərzində Baş İdarə tərəfindən vətəndaşların 9360 müraciətinə baxılıb, həmçinin 251 cinayət xarakterli material araşdırılıb. O qeyd edib ki, araşdırılmış materialların 159-u (63,3%) üzrə cinayət işləri başlanıb, digər müraciətlər üzrə isə müvafiq prokuror təsir aktları tətbiq edilməklə inzibati və intizam tədbirləri görülüb:

"Hesabat dövründə Baş İdarənin “161 - Qaynar xətt” əlaqə mərkəzinə 5492 müraciət daxil olub, həmin müraciətlərin 23-ü üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, həmçinin əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində digər müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib və aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə təkrarlanmaması məqsədi ilə aidiyyəti təşkilatlara təqdimatlar göndərilib".

Qeyd edilib ki, 2015-ci illə müqayisədə daxil olmuş müraciətlərin sayında 1700 vahiddən çox azalmanın müşahidə olunması “Asan Xidmət” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi ilə bilavasitə bağlı olub%

2016-cı il ərzində keçirilmiş 6 əməliyyat tədbiri nəticəsində korrupsiya cinayəti törədən 6 şəxs cinayət başında yaxalanıb, habelə Baş İdarənin əməliyyat qurumları tərəfindən aparılan araşdırmalar üzrə fakta görə 32 cinayət işi başlanıb. Baş İdarənin əməliyyat qurumları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 24 şəxs tutulub. Hesabat dövründə Baş İdarə tərəfindən 480 cinayət işinin ibtidai istintaqı aparılıb. Onlardan dövlət və özəl sektorda çalışan 313 vəzifəli şəxs barəsində 201 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyati məhkəmələrə göndərilib. Hazırda Baş İdarənin İstintaq idarəsinin icraatında 116 cinayət işi üzrə istintaq davam etdirilir".

K.Əliyev bildirib ki, həmin cinayət işlərindən 110 şəxs barəsində 62 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, 61 şəxs barəsində 56 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, 34 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və aşma, 52 şəxs barəsində 10 iş rüşvət alma, 17 şəxs barəsində 14 iş rüşvət vermə, 3 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş səhlənkarlıq, 35 şəxs barəsində 31 iş isə digər faktlarla bağlı olub:

"Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 202 milyon 629 manat məbləğində ziyanın 33 milyon 249 manat və ya 16,6 %-nin ödənilməsi təmin edilib, qalan ziyanın ödənilməsi məqsədilə 78 milyon 283 manat məbləğində əmlak üzərinə həbs qoyulub. Hesabat dövründə Baş İdarədə 2241 vətəndaş qəbul edilib. 2016-cı il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində Baş İdarə tərəfindən bir sıra qabaqlayıcı tədbirlər həyata keçirilib, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması məqsədilə müvafiq qurumlara 88 təqdimat verilib, habelə digər prokuror təsir aktlarından istifadə edilməklə 12 inzibati icraat açılıb, 11 şəxsə qanun pozuntularından çəkindirmək məqsədilə rəsmi xəbərdarlıq edilib".

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının katibi Kamal Cəfərov bildirib ki, 2016-cı il ölkəmiz üçün geniş miqyaslı islahatlar ili olub:

"Gömrük və veri sahələrində şəffaflığın daha da artırılması məqsədilə iqtisadiyyatımızda şaxələndirən isahatlar həyata keçirilib. Eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Milli Fəaliyyətin Planının 86%-i və Açıq hökumətin təşviqi üzrə Milli Fəaliyyət Planının 82%-i dövlət orqanları tərəfindən icra olunub. Azərbaycan Respublikasının Beynəlxalq Şəffaflıq təşkilatının “Korrupsiya Qavrama İndeksi” və “Qlobal Korrupsiya Barometri” hesabatlarında mövqeyininin irəliləməsini, “2016-cı il Qlobal Korrupsiya Barometri”nə əsasən, sorğuda iştirak edən respondetlərin 79%-nin korrupsiyanın ölkəmizin üzləşdiyi əsas problemlərdən hesab etmədiyini bildirib".

K.Cəfərov əldə edilmiş nailiyyətlərin Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud güclü siyasi iradə ilə bağlı olduğunu, eyni zamanda korrupsiyaya qarşı mübarizəyə dair Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla təsdiq edilmiş dövlət proqramları və onların effektiv icrası, eyni zamanda dövlət başçısının təşəbbüsü ilə yaradılmış “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti, bu sahədə hüquq mühafizə orqanlarının səmərəli işi, beynəlxalq standartlara cavab verən qanunvericilik və beynəlxalq təşəbbüslərdə aktiv iştirakı ilə bağlı olduğunu xüsusi vurğulayıb.

Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qarşılıqlı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi barədə göstəriş və tövsiyələrinə müvafiq olaraq hesabat dövründə Baş İdarə tərəfindən bu sahədə ixtisaslaşmış beynəlxalq qurumlar və digər ölkələrin müvafiq hüquq mühafizə orqanları ilə əlaqələrin daha da genişlənməsinə xüsusi diqqət yetirilib.

Belə ki, 2016-ci ilin sentyabr ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üçün Anti-Korrupsiya Şəbəkəsinin (ACN) İstanbul Fəaliyyət Planı çərçivəsində ölkəmiz III monitorinq mərhələsini uğurla tamamlayaraq IV qiymətləndirmə mərhələsinə keçən ilk 2 ölkədən biri olub, eyni zamanda dekabr ayında Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) tərəfindən Azərbaycan Respublikası üzrə 4-cü dəyərləndirmə raundu üzrə Uyğunluq hesabatı qəbul edilib.

2016-cı il əldə Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) ilə qarşılıqlı əməkdaşlıq uğurla davam etdirilmiş, Azərbaycan Respublikasının nümayəndəsi Akademiyanın Bürosuna üzv qəbul olunmaqla Akademiyanın Assambleyasının 5-ci sessiyasının sədr müavini seçilib.

Hesabat dövründə Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) ilə əməkdaşlıq daha da inkişaf etdirilmiş, Azərbaycan Respublikasının nümayəndəsi növbəti müddətə Assosiasiyanın ali orqanı olan İcraiyyə Komitəsinə üzv seçilib, habelə Baş İdarə tərəfindən internet səhifəsinin rus versiyasının, habelə qurumun korrupsiyaya qarşı mübarizə aparan prokurorların şəbəkəsinin (NACP) saytının aparılması istiqamətində fəaliyyət uğurla davam etdirilib.

Bundan başqa, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Beynəlxalq Anti-Korrupsiya Orqanları Assosiasiyasının (IAACA), Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC), Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsi (EACN), Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatı (GUAM) və digər təşkilatlarla səmərəli əməkdaşlıq aparılıb, Moldova Respublikasının Milli Antikorrupsiya Mərkəzinin, Misir Ərəb Respublikasının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış İnzibati Nəzarət Qurumunun, Türkiyə Ali Məhkəməsinin, Səudiyyə Ərəbistanı Krallığının Təhlükəsizlik Elmləri üzrə Naif Ərəb Universitetinin məsul əməkdaşlarının daxil olduğu nümayəndə heyəti ölkəmizə səfər etməklə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti ilə yaxından tanış olublar.

Eyni zamanda, 2016-cı il fevralın 4-də Malayziya Antikorrupsiya Komissiyasının Putracaya şəhərində yerləşən baş qərargahında “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və Malayziyanın Antikorrupsiya Komissiyası arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Tədbirdə Korrupsiyaya qarşı Mübarizə aparan QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru - “Konstitusiya Araşdırmalar Fondu”nun prezidenti Əliməmməd Nuriyev, “Transprency International” təşkilatının Azərbaycan üzrə milli bölməsi - “Şəffaflıq Azərbaycan”ın icraçı direktoru Rəna Səfərəliyeva, habelə digər vətəndaş cəmiyyəti institutları nümayəndələri çıxış edərək korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə toxunublar. Ə.Nuriyev vətəndaş cəmiyyəti institutları tərəfindən Korrupsiyaya qarşı mübarizəyə dair Milli Fəaliyyət Planının müstəqil formada qiymətləndirməsi nəticəsində nəzərdə tutulan tədbirlərin dövlət orqanları tərəfindən 83%-nin icra olunduğunu bildirib.

Mətbuat konfransında əminlik ifadə olunub ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi bundan sonra da öz fəaliyyətini göstərilən yüksək etimada layiq səviyyədə qurulması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcək.


26 Sent 2020
Cəmiyyət

DTX-nin həbs etdiyi sabiq vəzifəli şəxslərdən XƏBƏR VAR

Xarici İşlər Nazirliyinin (XİN) Konsulluq İdarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev və Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatətlər verilib.  

26 Sent 2020
Cəmiyyət

Ərazi zonalarında tikinti sıxlığı göstəricilərinin yolverilən hədləri dəyişib - QƏRAR

Nazirlər Kabineti “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”ın təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib. 

26 Sent 2020
Cəmiyyət

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Nazirlər Kabineti “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

26 Sent 2020
Cəmiyyət

Federasiyada mərhum prezidentin yerinə rəhbər seçildi

 Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) onlayn formatda Konfransı keçirilib.

25 Sent 2020
Cəmiyyət

Professora TƏBİB-də vəzifə verildi - FOTO

Akif İrzaxan oğlu Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) V.Y.Axundov adına Elmi-Tədqiqat Profilaktika İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilib.