Yanvarın 17-də Baş nazirin müavini Əli Əhmədov Yevlax şəhərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi sahəsində görülən işlərlə maraqlanıb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Əli Əhmədov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov və Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov əvvəlcə şəhərin mərkəzi meydanında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Baş nazirin müavini Əli Əhmədov sonra Yevlax Şəhər Mərkəzi Xəstəxanasına yeni gətirilən tibbi avadanlıqlarla tanış olub, rayonun səhiyyə işçiləri ilə görüşüb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
İmişli rayonunda naməlum əsgərlərin məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşad Qubad oğlu Tağıyevin meyitinin qalıqları Salyan rayonuna gətirilib.
Azərbaycan ərazisində fevralın 8-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.