Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır.
Göründüyü kimi, nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.
Azərbaycanın Mülki Məcəlləsinə əsasən, nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.
İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.
Bankların nizamnamə kapitalı nə qədərdir?
Oxu.Az xəbər verir ki, Banco.az bankların Nizamnamə kapitalını araşdırıb və bu göstəriciyə görə bankları sıralayıb:
Nizamnamə kapitalına görə ilk onluqda “Beynəlxalq Bank”, “Paşa Bank”, “Xalq Bank”, “Kapital Bank”, “Nikoil Bank”, “Expressbank”, “Bank Silk Way”, “Unibank” və “AFB Bank” yer alıb.
Rusiyanın Tula vilayətinin iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanın paytaxtı Bakıda səfərdədir. Tula vilayətində istehsal edilən məhsulların Azərbaycana tədarükü ilə bağlı müqavilələrin imzalanması gözlənilir.
2021-ci il ərzində Azərbaycanın ixracı 22,2 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,7 mlrd. ABŞ dolları təşkil edib.
2021-ci ildə Azərbaycanın qiymətli kağızlar bazarında 16 879,3 milyon manatlıq əməliyyat aparılıb.