Bankların kredit almaq üçün maaşlara qoyduğu – LİMİT

Bankların kredit almaq üçün maaşlara qoyduğu – LİMİT
03 2017 15:19

Artıq bir çox bank kredit verilişini aktivləşdirib. Lakin ötən illərlə müqayisədə banklar kredit verərkən daha həssas davranmağa başlayıblar. 

REALPRESS.Az Banco.az-a istinadən xəbər verir ki, belə ki, bankların müştərilər qarşısında qoyduqları tələblər bəzən həddindən artıq çox hesab edilə bilər. Amma bankları da bu məsələdə qınamaq olmaz.

Çünki məlum iqtisadi vəziyyətdə hər kəs özünü sığortalamağa məcburdur. 

Əgər siz bankdan kredit (istehlak krediti) almaq fikrinə düşmüsünüzsə, lakin rəsmi iş yeriniz yoxdursa, yaxşı olardı ki, təcili bu fikirdən daşınasınız. Banklar, ilk növbədə, sizdən iş yerinizi soruşacaq.

İş yeriniz varsa və iş yerindən arayış gətirmə imkanınız yoxdursa, bu dəfə də siz kredit barəsində düşünməsəniz çox yaxşı olardı. Üçüncüsü, sizin son iş yerindən gətirəcəyiniz arayış son 6 ayı (bəzi banklarda son 1 il) əks etdirmirsə, gözləyin 6 ay tamam olsun, sonra müraciət edin.

Əgər iş yeri və iş yerindən arayış məsələsini həll edə bildinizsə, ikinci mərhələyə keçmiş hesab olunursunuz - ÖHDƏLİKLƏR.

Bank sizin bütün öhdəliklərinizə nəzər salacaq: Yaşam xərci, əlavə kreditlər (varsa), kredit tarixçəniz və s.

Əgər siz bu mərhələdən keçəcəyinizə əminsinizsə, digər məsələ haqqında məlumat vermək istərdik - ƏMƏKHAQQI.

Bəli, düzgün oxudunuz. Sizin aldığınız rəsmi (sənəd üzərində) əməkhaqqı sizə kreditin verilməsi prosesində olduqca böyük rol oynayır. Bəzi banklar əməkhaqqı üçün minimal tələb qoymasalar da (hərçənd ki, onlar da respublikanın yaşayış minimumundan - 155 AZN aşağı əmək haqqı qəbul etməyəcəklər), əksər banklarda standart tələblər vardır.  

Əgər sizin əməkhaqqınız bankların qoyduqları minimal tələbi ödəyirsə, o zaman kredit müraciətinizin cavabsız qalmaması daha böyük bir ehtimal olacaq. Hələ bunun zamin məsələsi də var ki, götürəcəyiniz məbləğdən asılı olaraq, sizdən 1 və ya 2 zamin tələb oluna bilər.

Bəzi banklar “Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Azər Türk Bank” krediti, sadəcə, əməkhaqqını onlardan alan müştərilərinə verir. Bu zaman əməkhaqqına qoyulan minimal tələb digər banklardan daha az təşkil edir.

Kredit üçün faiz dərəcələri isə sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

 

Bank

Məbləğ

(AZN)

Faiz

Əməkhaqqı üçün minimal tələb

(məbləğ)

Dəmirbank

300-10000

27-29%

800 AZN

Yapı Kredi Bank Azərbaycan

300-10000

28%

465 AZN

Bank Avrasiya

300-10000

27%

450 AZN

Bank of Baku2

300-5000 (maks.)

26-32%

400 AZN

CDB Bank

500-30000

32%

400 AZN

AFB Bank

500-10000

26-30%

350 AZN

Unibank

300-5000

30%

175 AZN

Expressbank

300-5000

28-30%

155 AZN

Beynəlxalq Bank3

300-15000

26-29%

150 AZN

Kapital Bank4

300-20000

29,84%

100 AZN

AccessBank

500-10000 

29%

-

Azər Türk Bank1

500-10000

24-26%

-

Bank BTB

300-5000

32-38%

-

Rabitəbank

300-1000

27%

-

Turanbank

5000 (maks.)

29%

 

- “Bank of Baku”dan kredit almaq üçün iş yeriniz “Bank of Baku”nun partnyorlarından biri olmalıdır. İş yerinizin “Bank of Baku”nun partnyoru olub-olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.

- “Azərbaycan Beynəlxalq Bankı”-dan əməkhaqqı və ya pensiya kartı olmalıdır.

- Kredit “Kapital Bank”dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.


23 Yan 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “2022-ci ildə ÜDM 2021-ci ilə nisbətən 4,6% artıb” - FOTO

“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.

16 Yan 2023
İqtisadiyyat

Avro bahalaşdı, rubl ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.

6 Yan 2023
İqtisadiyyat

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət"də dəyişdirə biləcək

Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.

6 Yan 2023
İqtisadiyyat

Özbəkistan “Bakı Limanı”nın imkanlarından istifadə etməyi planlaşdırır

Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.

6 Yan 2023
İqtisadiyyat

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 6 yanvar tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.