Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) kommersiya banklarına yeni göstəriş verib.
REALPRESS.Az Report-a istinadən xəbər verir ki, yeni göstərişdə hüquqi və fiziki şəxs olan vergi ödəyicilərinə bank hesablarından nağd vəsaitlərin çıxarılması qadağan edilib.
Belə ki, hüquqi şəxslər və fiziki şəxs olan sahibkarların yalnız mal-materialların alınması üçün istifadə oluna bilən nağd vəsaitlərin hesablardan çıxarılması müvəqqəti olaraq dayandırılıb.
Notariuslardan başqa istənilən hüquqi şəxslər və fiziki şəxs olan sahibkarlar tərəfindən nağd pulun çıxarılması ilə bağlı istənilən əməliyyatlar bank rəsmilərinə müraciət edilmədən aparıla bilməz.
“Report”un bank dairələrindən əldə etdiyi məlumata görə, bu qadağa ötən gün sadələşdirilmiş vergi ödəyicilərinə aid edilsə də, yaranan narazılıq MBNP-ni geri çəkilməyə vadar edib və hazırda isə bu qadağa, əsasən, ƏDV ödəyicilərinə qarşı tətbiq edilir.
“Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dinamikasında müsbət meyillər davam edir”.
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Naxçıvan sakinləri şəxsiyyət vəsiqələrini "ASAN Xidmət" mərkəzlərində dəyişdirə biləcəklər.
Özbəkistan Baş nazirinin müavini - investisiyalar və xarici ticarət naziri Cəmşid Xocayev Azərbaycanda səfəri çərçivəsində Ələt Azad İqtisadi Zonasının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin rəhbərliyi ilə görüşlər keçirib.